Ayna-2007  II beynəlxalq foto yaradıcılığı festivalı iştirakçılarının bir qrupu AzərTAc-da olmuşdur

 

Bakıda keçirilən "Ayna-2007" II beynəlxalq foto yaradıcılığı festivalının Kanadadan, Serbiyadan, Sloveniyadan Gürcüstandan olan iştirakçıları mayın 22- Azərbaycan Dövlət Teleqraf Agentliyində - AzərTAc-da olmuşlar.
AzərTAc-ın Baş direktoru Aslan Aslanov agentliyin tarixi, müstəqillik illərində onun inkişafı, regional beynəlxalq əlaqələri, dünya informasiya məkanına daha sıx inteqrasiyası üçün görülmüş işlər qarşıda duran vəzifələr barədə qonaqlara ətraflı məlumat verdi.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycanın Qərbə inteqrasiyası sahəsində əvəzolunmaz xidmətlərini xatırladan A.Aslanov ölkəmizin dünya birliyi ilə iqtisadi, siyasi, mədəni əlaqələrinin sürətlə inkişaf etdiyini, bu məsələyə Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi önəm verdiyini vurğuladı, həmin inkişafın dövlətimizin aparıcı informasiya agentliyinin fəaliyyətində özünü göstərdiyini faktlarla diqqətə çatdırdı.
AzərTAc ilə qabaqcıl ölkələrin informasiya agentlikləri arasında əlaqələrə toxunan Baş direktor vaxtilə Azərbaycanın informasiya blokadasından çıxmasında görülən işləri yada saldı, Ermənistan-Az
ərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri nəticələri barədə ətraflı məlumat verdi, bu problemin aradan qaldırılmasında respublikamızın ədalətli mövqeyinin dünya dövlətləri beynəlxalq qurumlar tərəfindən dəstəkləndiyini diqqətə çatdırdı.
Görüşdə demokratik cəmiyyət quruculuğu, həmçinin Avropaya inteqrasiya yolunu seçmiş Az
ərbaycanda "Ayna-2007" beynəlxalq foto yaradıcılığı festivalının əhəmiyyəti vurğulandı, kütləvi informasiya vasitələrinin əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.
Səmimi görüş üçün təşəkkür edən tanınmış serbiyalı fotoqraf Tomislav Peternek 30 il əvvəl Az
ərbaycanda olduğunu yada saldı, müstəqillik illərində Bakıda gedən quruculuq işlərindən heyranlığını bildirdi, xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdi, foto yaradıcılığı festivalının ölkələr xalqlar arasında əlaqələrin inkişafındakı əhəmiyyətindən danışdı.
O
Sloveniyadan olan fotoqraf xanım Vesna Çervineç Bakı təəssüratlarını festival barədə fikirlərini çalışdıqları jurnallarda fotoşəkillərin müşayiəti ilə dərc etdirib AzərTAc-a göndərəcəklərini bildirdilər.
Sonra qonaqları maraqlandıran suallara cavab verildi, xatirə şəkli çəkdirildi.

 

Azərbaycan.-2007.-23 may.-S.4.