Vəzirov C.

 

Naxçıvan teatrı

125 illiyə açılan pəncərə

 

1883-cü ilin bir yaz günündə - mayın 15-də qədim Naxçıvan torpağının "Zaviyyə" məhəlləsində dövrün mütərəqqi ziyalılarından biri olan Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası tamaşaya qoyuldu. Bu tamaşa Naxçıvan teatrının təvəllüd tarixinə çevrildi.

Mirzə Fətəli Axundovun bu ölməz komediyasının tamaşaya qoyulmasında Eynalı bəy Sultan, Mirzə Sadıq Qulubəyov, Əbülqasım Sultanov, Mirzə Cəlil Şurbi, Paşa ağa Sultanov və başqa ziyalılar əsl mənada fədakarlıq göstərdilər. Bu tamaşadan ruhlanan ziyalılar biri-birinin ardınca Mirzə Fətəlinin "Lənkəran xanının vəziri", "Xırs quldurbasan", "Hacı Qara" pyeslərini də tamaşaçılara göstərdilər.

M.F.Axundovun xalq həyatını bütün canlılığı və təbiiliyi ilə göstərən əsərləri həm Naxçıvan teatrının, həm də realist aktyor sənətinin formalaşmasında, yetkinləşməsində son dərəcə böyük əhəmiyyətə malik olmuşdur.

1889-cu il martın 27-də naxçıvanlı Mirzə Alməmməd Xəlilovun evində "Müsyö Jordan və Dərviş Məstəli şah" komediyası tamaşaya qoyuldu (Bu əsər ikinci dəfə idi ki, oynanılırdı C.V.). Əsərdə əsas rolları ifa edirdilər: Müsyö Jordan - Cəlil Məmmədquluzadə, Hatəm xan ağa - Əliqulu Sultanov, Məstəli şah - Mirzə Ələkbər Süleymanov, Şahbaz bəy - Ə.Şeyxov, Şərəfnisə -M.R.Xəlilov, tamaşanın rejissoru Mirzə Cəlil və Eynalı bəy Sultan, suflyoru isə M.S.Xəlilov idi.

Naxçıvan teatrının fədailəri saysız çətinlik və məhrumiyyətlərə rast gəlsələr də, irəliyə, gələcəyə inamla baxırdılar. Böyük yazıçımız Ə.B.Haqverdiyevin müdrik bir kəlamını yada salmaq istərdik: "Artistliyin yolları ağır və tikan ilə doludur. Ayağa batan tikanların ağrılarına davam edib, mərdanə getməyin axırda işıqlı bir mənzilə yetməyi şübhəsizdir".

1889-cu ildə böyük ziyalı Məmməd Tağı Sidqinin rejissorluğu ilə N.B.Vəzirovun "Ev tərbiyəsinin bir şəkli" pyesi göstərildi. Tamaşada Böyükxan Naxçıvanlı, Y.Kəngərli, Ə.Şeyxov, Ə.Sultanov iştirak edirdilər. Elə buradaca qeyd etməyi lazım bilirəm ki, N.B.Vəzirovun "Müsibəti Fəxrəddin", "Pəhlivani zəmanə", "Sonrakı peşmançılıq fayda verməz", "Daldan atılan daş topuğa dəyər", "Yağışdan çıxdıq - yağmura düşdük" pyesləri uzun illər Naxçıvan teatrının repertuarında özünə əsas yer tutmuşdur. Ə.B.Haqverdiyevin pyeslərinə həmişə geniş meydan verilmişdir. "Bəxtsiz cavan", "Dağılan tifaq", "Pəri cadu" pyesləri Naxçıvan teatrına şöhrət hörmət gətirirdi. Rza Təhmasib, Rza İsfəndiyarlı, Səməd Mövləvi, Miribrahim Həmzəyev, Həsən Səfərli, Mirhəsən Mirişli, Əli Xəlilov, Heydər Muradov, Muxtar Nəsirov, Böyükxan Naxçıvanlı, İsa Musayev, Əyyub Haqverdiyev, Füruzə Əlixanova, Xədicə Qazıyeva, Baxşı Qələndərli, Zəroş Həmzəyeva, Zemfira Əliyeva, Sona Mirzəyeva başqaları böyük ehtirama layiq sənətkar idilər.

İyirminci yüzilliyin ilk illərində Naxçıvan teatrının sənət iqlimində ciddi dönüş yaranırdı. Bakıda yaşayan teatr xadimləri ilə yaradıcılıq körpüsü salınırdı. Azərbaycan teatrının qüdrətli ustadları Zülfüqar Hacıbəyovun, Sidqi Ruhullanın, Cəlil Bağdadbəyovun, Mirzağa Əliyevin, Abbas Mirzə Şərifzadənin, Mərziyə xanım Davudovanın və başqalarının tez-tez Naxçıvana gəlməsi və yerli aktyorlarla birlikdə çıxışları teatrın professional səviyyəsini artırırdı. Aktyorlar mənən inkişaf edirdilər.

Naxçıvan teatrının yaranma tarixindən onun bədii mənzərəsindən söhbət açanda böyük maarifçi Cəlil Məmmədquluzadənin adını çəkməmək qeyri-mümkündür. Mirzə Cəlil Naxçıvan teatnın banilərindən biridir. Onun ölməz pyesləri - "Ölülər", "Anamın kitabı", "Dəli yığıncağı" tragikomediyaları 124 illik teatrın ən məzmunlu ən qiymətli tamaşalarından olmuş bu gün səhnədə yaşayırlar.

1917-ci ildə ötməz sənətkar Rza Təhmasibin rejissorluğu ilə "Ölülər" əsəri tamaşaya qoyuldu Naxçıvanın mədəni həyatında böyük sensasiyaya səbəb oldu. "Ölülər" Naxçıvan teatrının səhnəsində görünməmiş uğur qazandı. Qüdrətli aktyor Rza Təhmasibin Уmolla nəsrəddinçiФ şair Əliqulu Qəmküsarın böyük məharətlə yaratdıqları İsgəndər Şeyx Nəsrullah obrazları Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazıldı. Qeyd etmək lazımdır ki, Naxçıvan teatrının təşəkkülündə Rza Təhmasibin böyük xidmətləri olmuşdur. "Ölülər", "Arşın mal alan", "Dağılan tifaq", "Bəxtsiz cavan" kimi tamaşaların uğuru ilk növbədə Rza Təhmasibin adı ilə bağlıdır. Elə buradaca qeyd etmək istərdim ki, adları çəkilən bu tamaşaların rəssamı böyük istedad sahibi Bəhruz bəy Kəngərli olmuşdur.

Qüdrətli sənətkar Rza Təhmasibin böyük bir xidməti ondan ibarət olmuşdur ki, o, Naxçıvan səhnəsində qız qadınların cəlbində xüsusi yanarlıq göstərmişdir. Məhz onun görkəmli Azərbaycan yazıçısı Rəşid bəy Əfəndiyevin təşəbbüsü ilə 1917-ci ildə (12 noyabr cümə günü) Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası tamaşaya qoyulmuşdur. Ən yadda qalan hadisə bu idi ki, tamaşada iştirak edən ifaçıların hamısı qız qadınlar olmuşdur. Hətta kişi rollarını da məhz qadınlar oynamışlar. Bu hal Azərbaycan teatr tarixində ən qiymətli unudulmaz səhifələrdən biridir. Məhz bu tamaşadan sonra naxçıvanlı qız qadınların teatra gəlişi xeyli dərəcədə artdı.

Bir çox adlı-sanlı aktyorlar teatra dəvət olundular. Bakıdan başqa şəhərlərdən rejissorlar teatra işləməyə gəldilər. Güclü aktyor ansamblı yarandı. Naxçıvan teatrının formalaşmasında böyük əməyi olan Səməd Mövləvi 20-ci illərin əvvəllərində həmişəlik , olaraq Təbrizdən Naxçıvana gəldi. Onun gəlişi opera musiqili komediyaların oynamlmasına güclü təkan verdi repertuarda Azərbaycan klassiklərinə müntəzəm surətdə müraciət edilirdi. S. Mövləvi Naxçıvan teatrında Məcnun, Kərəm, Aşıq Qərib, Sərvər, Əsgər... kimi zəngin musiqili rolları gözəl ifa etmişdir.

 

Mədəniyyət.- 2007.- 18 may.- S. 5.