Tahirə

 

Eminin Halal pulları

 

Rejissor Murad Dadaşovun istedadına təəccüblənib

 

Azərbaycan kinosu çətin günlərini yaşayır. Bu təkcə Azərbaycanda peşəkar, istedadlı rejissorların, aktyorların, operatorların, ümumiyyətlə, kino birincilərinin olmaması ilə bağlı deyil. Azərbaycanda yetərincə istedadlı rejissorlar da var, aktyor potensialı da, texniki heyəti də.

Ən böyük problem ondadır ki, bu gün kino çəkmək üçün maliyyə imkanlarımız məhduddur. Gənc rejissor Emin Mirabdullayevdən danışmaq fikrindəyik. Əslində onu təqdim etməyə yəqin ki, ehtiyac yoxdur. Çünki klip sahəsində onun imzası kifayət qədər özünə tamaşaçı auditoriyası toplaya bilib. Eminin çəkdiyi kliplərin hər birisi şou-biznes aləmində ümumiyyətlə, klipmeykerlik sahəsində rezonans doğurub. Bu da yəqin ki, Eminin rejissor istedadının göstəricisidir. Bir çoxlarından fərqli olaraq Emin vizual görüntü naminə klip çəkməyib ya plagiatlıq etməyib, təkrarçılığa yol verməyib. Onun hər bir klipində fərqli ideya, süjet xətti, rejissor yanaşması hiss olunub. Fikrimizcə, klipmeyker kimi o, son illər çəkdiyi audio-vizual əsərlərində çox çətin üslublara müraciət edib. Yəni işləməkdən yorulmayıb. Tənbəllik etməyib rejissor imzasına hörmətlə yanaşmağa çalışıb. Odur ki, Eminin film çəkdiyini eşidəndə təəccüblənmədik. Çünki belə gəncin istedadı heç vaxt boğula bilməz. Məlumatımızı bir qədər genişləndirmək üçün rejissorla əlaqə saxladıq. Maraqlandıq ki, hazırda söhbət hansı filmdən gedir? Məlumat üçün qeyd edək ki, Eminin ekranlaşdırdığı ilk tammetrajlı film "Halal pullar" adlanır. Rejissorun sözlərinə görə, filmdə Azərbaycanın ən tanınmış aktyor simalarını görmək mümkündür. Adıçəkilən ekran əsərinin baş qəhrəmanı Xalq artisti Ramiz Əzizbəylidir. O, filmdə Rasim obrazını yaradır. Bundan əlavə bu ekran əsərində tanınmış teleaparıcı şoumen Murad Dadaşov, aktyorlardan Rəfael Dadaşov, Nuriyyə Əhmədova, Arif Quliyev, Gənclər Teatrının aktyoru Rəfael Əsgərov digərləri çəkiliblər. Film isə aktyor həyatından bəhs edir. Ən maraqlısı isə odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim (Ramiz Əzizbəyli) teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni həyatda olan hadisələri görüb həyatın səhnəsində hərə öz rolunu oynayır. Rejissor tamaşaçıların marağını öldürməmək üçün filmin ideyası barədə məlumat versə , ətraflı danışmaq istəmədi. Yalnız onu deyək ki, Emin Mirabdullayev komedik filmdə yalnız tamaşaçını güldürmək məqsədini qarşısına qoymayıb. O, gülüşlə tamaşaçını düşündürməyə üstünlük verib: "Biz demirik ki, tamaşaçı ya mənasız yerə gülsün, ya da Hamlet kimi yas tutub ağlasın. Yox, bizim məqsədimiz tamaşaçını məntiqi baxımdan düşündürməkdir. Yəni o, gülərək hadisələrə yanaşıb nəticə çıxarmağı bacarsın".

Rejissor aktyor heyəti barədə məlumat verərkən qeyd etdi ki, film çəkməzdən öncə aktyor kimi kimə müraciət edibsə, heç kim ona etiraz etməyib. Emin Mirabdullayev xüsusilə Murad Dadaşovun aktyor potensialı barədə ürəkdolusu danışdı: "Sözün doğrusu, mən yaxşı mənada Muradın aktyor bazasına, istedadına təəccüb qalmışam. Onun yaratdığı rol həqiqətən böyük istedad tələb edirdi. Fikrimcə, o, bu rolun öhdəsindən tam mənada gələ bildi".

Qeyd edək ki, Murad Dadaşov filmdə türk vətəndaşı rolunu oynayır restoran patronudur. Nuriyyə Əhmədovanın da aktyorluq dinamikasından danışan Emin Mirabdullayev "Mən Nuriyyə xanımın aktrisa kimi istedadı qarşısında baş əyirəm. O, nəinki Azərbaycan kinosunda, hətta dünya arenasında sözünü deyə biləcək bir sənətçidir. Onun aktrisalıq istedadı dünya standartlarına cavab verə bilir. Həqiqətən bir rejissor kimi onunla işləməkdən zövq aldım".

Maraqlandıq ki, filmin ssenari müəllifi kimdir texniki heyətdə daha kimlər çalışır? Film harada çəkilib? Məlum oldu ki, filmin ssenari müəllifi Elmar Kərimov rejissoru özüdür. Filmin operatoru isə Azərbaycan Kinostudiyasının ən peşəkar, hətta veteran deyə biləcəyimiz operator Kənan Məmmədovdur. Filmdə Emin Mirabdullayevin ikinci rejissoru Kamran Məmmədovdur. Çəkilişlər isə müxtəlif məkanlarda aparılır. Çəkilişdə göstərdiyi köməyə görə rejissor Mədəniyyət Turizm Nazirliyinə minnətdarlığını bildirdi.

Rejissor söhbət zamanı həm səmimi olmağa çalışdı. Bildirdi ki, film çəkmək klip çəkməkdən qat-qat çətindir: "Təsəvvür edin, əgər 3-4 dəqiqəlik bir klipi ərsəyə gətirmək üçün rejissor əməyi, fantaziyası, əsəbləri qədər tarımar olursa, film çəkərkən ikiqat zəhmət tələb olunur. Mən bilsəydim ki, film çəkmək bu qədər çətindir, papağımı qarşıma qoyub əvvəlcə yaxşı-yaxşı fikirləşərdim. Bilirsiz ki, bu gün Azərbaycanda kino çəkmək istər maddi, istərsə texniki baxımdan çox çətindir. Ancaq şükür ki, bu çətinliklər arxada qaldı. Ən azı çəkiliş meydançasında baş verən maraqlı hadisələr ümumiyyətlə, yaşadığımız xoş təəssüratlar bu çətinlikləri unutmağa imkan verir".

Rejissor kliplə kino rejissoru arasında fərq barədə danışdı. Bildirdi ki, yerlə göy arasında fərq böyükdürsə, klip-meykerliklə kino rejissorunun işi o qədər fərqlidir. "Sözsüz ki, 5 dəqiqəlik kliplə saat yarımlıq kino işinə sərf olunan zəhmət eyni deyil. Təvazökarlıqdan uzaq olsa da, qeyd edim ki, kino sahəsində naşı deyiləm. Bu illər ərzində kifayət qədər təcrübə toplamışam. Uşaq yaşlarından Kinostudiyada böyümüşəm. Oqtay Mirqasımov, Ceyhun Mirzəyev kimi istedadlı rejissorlardan nəsə öyrənməyə çalışmışam. Onlarla çəkiliş meydançalarında olub özümə təcrübə toplamışam. Konkret olaraq isə mənim üslubumdan danışsaq, mən rus kino məktəbinin qəlbinə uyğun rejissor kimi çalışıram. Mənə elə gəlir ki, dünya kino aləmində rus kino üslubu öz dəsti-xətti, maraqlı tərəfləri ilə seçilib".

İlin-günün bu vaxtında kino çəkməyə maliyyə vəsaiti ayırmaq hər kişinin işi deyil. Elə bu çətinliyi nəzərə alıb filmin sponsoru barədə məlumat öyrənməyə çalışdıq. Rejissor bildirdi ki, filmin sponsoru adamıdır. Ancaq özü barədə məlumat vermək istəmir. Necə deyərlər, Azərbaycan kinosuna olan sevgisi marağı üzündən filmə vəsait qoymağa razılıq verib. Filmin çəkilişləri 3 aya yaxın davam edib. Halal pullar "Emin" studiyasında hazırlanır. Hazırda filmin montaj işlərinə başlanıb. Yaz aylarına qədər fiimin səsləndirməsi prosesi bitəcək. Rejissorun sözləcinə görə, filmin təqdimatı Heydər Əliyev adına Sarayda gerçəkləşəcək.

 

Şərq.- 2007.- 23 yanvar.- S. 14.