Daxili turizm bazarında canlanma var

 

Mədəniyyət və Turizm Nazirliyinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanov:

"Xəzər dənizinin sahil boyu ərazilərinin turizm üçün inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulub"

 

 

Dünyada ən gəlirli sahələrdən biri olan turizm bu gün ölkədə prioritet sahələrdən birinə çevrilib. Turizm sektoru ilə bağlı ardıcıl tədbirlər həyata keçirilsə də bu sahənin daha da inkişaf etməsi istiqamətində hələ bir sıra tədbirlərin reallaşmasına ehtiyac var. Ölkədə turizmin hazırkı inkişaf perspektivləri və təsdiqini tapacaq yeni layihələrlə bağlı Mədəniyyət və Turizm Nazirliyinin daxili turizm sektorunun müdiri Mahir Qəhrəmanova müraciət etdik:

- 2006-cı ildə turizmin inkişaf səviyyəsini necə qiymətiəndirirsiniz?

-   Əvvəlki   illərlə  müqayisədə 2006-cı il turizrn fəaliyyəti uğurlu olub. Bu, özünü öikədə turizm infrastrukturu ilə bağlı geniş imkanların   yaradılmasında   göstərir. Ötən mövsüm ərzində yataq yerlərinin, ölkəyə gələn turistlərin sayı çoxalıb. Ölkə başçısı tərəfindən regionların sosial-iqtisadi inkişafına dair imzalanan müxtəlif proqramlar regionlarda infrastrukturun inkişafı, əhalinin həyat səviyyəsinin, sosial xidmət obyektlərinin yaxşılaşdırılması, muzeylərin, tarixi abidələrin bərpası  ilə bağlı tədbirlərin həyata keçirilməsi, turizmin inkişafına öz müsbət təsirini göstərir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, artıq daxili turizmin inkişafında böyük irəliləyiş var. Hər il turizm mövsümünün başa çatması ilə əlaqədar daxili turizmin inkişaf problemləri, həlli yollarına dair ölkədə konfrans keçirilir. Bu il regionlardan dəvət olunan turizm şirkətləri, xidmət obyektlərinin rəhbərləri, yerli icra hakimiyyətlərinin və turizmin inkişafında maraqlı olan nazirliklərin nümayəndələrinin iştirakı ilə keçirilən konfransda da şahidi olduq ki, turizm sahəsində çalışanların savadlanma səviyyəsi yüksəlib. Artıq onlar konkret təkliflər irəli sürür. Əvvəlki illərlə müqayisədə şirkətlərin göndərdikləri turistlərin sayı iki-üç dəfə artması göstərir ki, daxili turizm bazarında canlanma var. Artıq əhalinin əksər hissəsinin əldə etdiyi qazanc, məvacib yerlərdə turizm xidmətindən istifadə etməyə imkan verir. Həmçinin orta və kiçik sahibkarlığın inkişafı ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərin nəticəsində də turizm sahəsi və ona bilavasitə bağlı olan sahələr də sahibkarlığa öz müsbət təsirini göstərib. Turizmin müxtəlif növlərinin inkişafı özünü göstərir. Məsələn, kənd-yaşıl turizmi Azərbaycanda yeni turizm növüdür. Əgər iki il bundan öncə kənd-yaşıl turizmində bir şirkət çalışırdısa, artıq onlan sayı 4-5-ə çatıb və bu sahədə xüsusiləşmiş turizm şirkəti kimi fəaliyyət göstərir. Həmçinin mədəni,  ekoloji turizm sahəsində olan irəliləyişlər də 2006-cı ildə qazanılmış uğurlardır.  Bundan başqa İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlıq nəticəsində orta və kiçik sahibkarlığa kömək məqsədilə Sahibkarlığa Yardım Fondundan turizm infrastrukturunun yaradılmasına dair layihələrin maliyyələşdirilməsi çox müsbət bir haldır. Bu il 32 layihə nazirlik tərəfindən SYF-na göndərilib və dəstəklənib və onların artıq 26-sı maliyyələşdirilib. Turizm sahəsində 7 milyon manatdan artıq məbləğdə olan layihələr sırf turizm sahəsinə yönəldilib. Bu əvvəlki illərlə müqayisədə irəliləyişdir. Turizmin təbliği ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. Nazirliyin əsas hədəflərindən biri konkret turizm növləri, ərazilərin inkişafı və onlarır təbliği ilə bağlı tədbirlərin həyata keçirilməsi olub.  "A.Düma Qafqazda" adlı Beynəlxalq Marşrutunu işləmişik. XV əsr səyyahı olan A.Düma Dərbənddən başlayaraq Quba, Şamaxı, Balakən vasitəsilə Laqodexidən Tiflisə, sonra öz ölkəsinə   qayıdaraq   Azərbaycan haqqında çox maraqlı xatirələr yazıb. Bununla bağlı biz Avropa Şurasının mədəniyyət üzrə komitəsinə müraciət etdik və onlar bizi dəstəklədi. Artıq onların 5 nəfərdən ibarət eksperti Azərbaycanda olan marşrut üzrə hərəkət edib və layihəni dəstəkləyiblər. Bu layihə üzrə artıq 2007-ci ildə turistləri qəbul edə bilərik. Bundan başqa almanların Azərbaycanın qərbində - Gəncə, Xanlar, Qazax, Ağstafa, Gədəbəy rayonlarında 150 illik tarixi olan bir yaşayış dövrü olub. Bu, Azərbaycan mədəniyyəti ilə alman mədəniyyətinin inteqrasiyasına gətirib çıxaran bir mədəniyyət olub və almanların Azərbaycana cəlb olunması maraqlı bir marşrutdur. Eləcə də bu yaxınlarda XV əsr səyyahı "A.Nikitinin izi ilə" Hindistandan 16 nəfərdən ibarət ekspedisiya marşrutu gəlmişdi. Sankt-Peterburqdan Azərbaycana, buradan isə İrana keçməklə öz ölkələrinə qayıdıblar ki, bu da maraqlı bir avtotur marşurutdur. Bu sahədə digər layihələr də var və çalışırıq ki, onları genişləndirək. Ölkəmizdə də 2006-cı ildə beynəlxalq turizm sərgisi keçirilib və burada ötən illərlə müqayisədə turizm şirkətlərinin, ölkələrin sayı çoxalıb.

- 2007-2016-cı illər üçün turizmin inkişaf perspektivləri ilə bağlı yeni hazırlanan dövlət proqramında əsas prioritetlər hansılardır?

- 2002-2005-ci illər üzrə turizmlə bağlı dövlət proqramının 90 faizini həyata keçirmişik. On faiz isə uzunmüddətli layihələrdir ki, hazırda da onların üzərində çalışırıq. Nazirlik tərəfindən 2007-2016-cı illər üçün yeni bir proqram hazırlanıb. Proqram tam hazırlanıb və Nazirlər Kabinetinə göndərilib. Onlar da öz növbəsində aidiyyəti nazirliklərə göndəriblər və razılaşdırmalar yəqin ki, ayın sonunadək razılaşdırmalar tam başa çatacaq. Bu proqramda da bizim hədəflərimiz yataq yerlərinin sayını çoxaltmaqdır. Biz bu müddət ərzində 150 min yataq yeri açmaq nəzərdə tutmuşuq və bu, böyük bir göstəricidir. Bunun müqabilində də Azərbaycana turizmdən gələn gəlirlərlə yanaşı, bu sahədə çalışan insan ehtiyatının sayı da çoxalacaq. Həmçinin yeni iş yerləri açılacaq, turizm sahəsinin müxtəlifliyi meydana çıxacaq. Turizmlə bağlı sahibkarlıq formalaşacaq. Yerlərdə, kəndlərdə yeni bir iş forması yaranacaq. Bunların hamısı regionun inkişafına və dağ regionlarında yaşayan əhalinin şəhərə axınının qarşısını alınmasında müsbət təsir göstərən amil olacaq. Bu proqramda turizm zonalarının müəyyən edilməsi və infrastrukturun yaradılması ilə bağlı iri-həcmli layihələrin həyata keçirilməsinə daha çox üstünlük vermişik.

Bu il Azərbaycanda İslam ölkələrinin turizm nazirlərinin konfransı keçirildi. Bu, Azərbaycan turizm tarixində çox önəmli bir hadisədir. Yəni, 40-dan artıq ölkənin turizm nazirləri iştirak edib. Bunlar göstərir ki, artıq Azərbaycanın turizm ölkəsi kimi tanınmasında böyük işlər görülüb. 2006-cı ilin ən yadda qalan tarixi hadisələrindən biri də odur ki, turizm layihələri ilə bağlı ilk dəfə İnvestisiya Forumu keçirilib. Dubayın Ticarət və Sənaye Palatasının, Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi layihə çərçivəsində 15-dən çox turizmə dair irihəcmli layihələrlə 18 sahibkar bu tədbirdə iştirak edib. İslam inkişaf Bankının investisiya ilə bağlı konfransı keçirildi. Burada da 5 layihə təqdim olunub. Bununla bağlı Səudiyyə Ərəbistanının investorları Azərbaycana turizm sahəsində investisiya qoymaqla bağlı maraq göstəriblər və bu da müsbət haldır. 2006-cı ildə Xəzər dənizinin sahil boyu ərazilərinin inkişaf etdirilməsi ilə bağlı geniş-həcmli işlər aparılıb. Bu ərazilərin turizm üçün inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulub. 2007-ci ildə bununla bağlı nəzərəçarpacaq dərəcədə irihəcmli layihələrin həyata keçirilməsi baş verəcək.

- Qış turizminin inkişafı istiqamətində hansı tədbirlərin reallaşdırılması gözlənilir?

 - Bu gün Qusar rayonunda dağ xizək turizminin inkişafı ilə bağlı böyük bir layihə keçiririk. Belə bir layihənin Gədəbəy rayonunda da gerçəkləşdirilməsi mümkündür. Bundan başqa Dövlət Proqramının bir sıra bəndlərinə uyğun olaraq 6 rayonun turizmin inkişaf planını hazırlamışıq. Bunlar - Masallı, Astara, Lənkəran, Oğuz, Tovuz və Gədəbəy rayonlarıdır. Qış turizmi çox spesifik və beynəlxalq təcrübədə ən bahalı bir turizm növüdür. Bu turizm növünü birtərəfli inkişaf etdirmək qeyri-mümkündür. Məsələn, ola bilər ki, biz Qusar rayonunda dağ-xizək turizm bazasını yaratdıq. Ancaq orada yerli adamlar orada xizək sürə bilmirsə bu problem yaranır. Yəni, bu məsələ ikitərəfli baş verməlidir. Həm gənclər arasında xizək sürməyə maraq oyanmalıdır ki, gələcəkdə bu bazalar yerli xizəkçilər tərəfindən istifadə olunsun. Məqsədimiz həmçinin odur ki, xariciləri də buraya cəlb edək. Təcrübə göstərir ki, yerli əhalini də turizmə cəlb edək. Bu, uzunmüddətli bir proqramdır. Həmin məsələdə həm nazirlik, həm də maraqlı olan tərəflər uşaqların təhsil prosesində də maraq oyatmalıdırlar. Qış turizm bazası ilə planlaşdırma işləri aparılır ki, harada obyektlər tikilməlidir. Bununla bağlı tender elan olunub və müvafiq şirkət udub. Hazırda onun nəticələrini gözləyirik. Xınalıq yolunun açılışı da öz növbəsində böyük bir göstəricidir ki, bunun böyük bir tarixi var və Qafqazda ən hündür yaşayış məntəqəsidir. Bu da həmin sahənin inkişafına öz müsbət təsirini göstərəcək.

- Ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayında hansı irəliləyişlər var?

- Ölkəyə gələn turistlərin sayına gəldikdə isə bu rəqəm 2006-cı ildə 1 milyon 200-dən çox olub. 6 ay ərzində 1 milyon adam gəlibsə onun 800 mini turist kimi qiymətləndirilib. Ötən iki illərlə müqayisədə bu sayda artım var. Artıq ölkədə 289 mehmanxana var. Hazırda 20-dən çox mehmanxana tikilməkdədir. Yeni dövlət proqramına uyğun olaraq yataq yerlərinin sayı daha çox olacaq. Bu il həm də ölkədə Turizm İnstitutu -fəalliyyətə başlayıb. İnanırıq ki, bu təhsil ocağının fəaliyyətə başlaması ölkədə turizmlə bağlı  bu boşluqları dolmasına imkan verəcək. Əvvəlki illərlə müqayisədə beynəlxalq turizm sərgilərində iştirakın sayı da artıb. Gələn il üçün 30-dan çox turizm sərgisində iştirak etməyi planlaşdırırıq. Xidmətin keyfiyyətinin yaxşılaşdırılması, həm yerlərdə, həm də Bakıda yeni obyektlərin istifadəyə verilməsi ilə yəqin ki, biz turistləri sevindirəcəyik.

 

Palitra.- 2007.- 17 yanvar.- S. 11.