Məmmədov N.

 

Rəsm müsabiqəsi

 

- Bakının 257 nömrəli Ədalət Abbasov adına orta məktəbdə şagirdlərin əl işlərindən ibarət rəsm müsabiqəsi keçirilmişdir. Sərgidə məktəbin 29 şagirdinin əl işləri nümayiş etdirilirdi.

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, Rəssamlar İttifaqının üzvü Rauf Əbilhüseynoğlu, Xətai Rayonu İcra Hakimiyyətinin şö müdiri Rafiq İmanov, rayonun  Gənclər idman idarəsinin rəisi Əfqan Rzayev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Firdus Əhmədov, SOS uşaq kəndinin nümayəndəsi Seyfəddin Ağaməmmədov valideynlər iştirak edirdilər.

Məktəbin direktoru Tələt Qaraşov tədbiri açaraq qonaqları salamladıqdan sonra məktəbdə xüsusi istedada malik şagirdlərlə aparılan işlər haqqında qısaca məlumat verdi rəsm sərgisinin təşkilində xüsusi əməyi olan rəsm müəllimi Sevinc Kərimovaya dərin minnətdarlığını bildirdi.

Şagirdlərin  əl  işlərinə  baxış  keçirildi  münsiflər heyətinin rəyi açıqlandı.

Məktəbin IX sinif şagirdi Aytən Məmmədova VII sinif şagirdi Jalə Zeynalova I, VII sinif şagirdləri Aidə Məmmədova Sayalı Muxtarova II, X sinif şagirdi Nərmin Səmədzadə isə III yerə layiq görüldülər. Qaliblərə Rəssamlar İttifaqı, Xətai Rayonu İcra Hakimiyyəti, rayonun gənclər idman idarəsi təhsil aldıqlaməktəb tərəfindən diplom qiymətli hədiyyələr, fərqlənmiş 10 şagirdə isə fəxri fərman təqdim olundu.

 

Azərbaycan müəllimi.- 2007.- 19 yanvar.- S. 6.