Dünya informasiya agentliklərinin qurultayı

 

Oktyabrın 24-də İspaniyanın Estepona şəhərində dünya informasiya agentliklərinin II qurultayı açılmışdır.
Qurultayın işində dünyanın 90 informasiya agentliyini təmsil edən 180 nümayəndə iştirak edir. Bu tədbirdə Azərbaycanı AzərTAc-ın baş direktoru Aslan Aslanov agentliyin əməkdaşı Nazim Xıdırov təmsil edirlər.
İspaniya Kralı I Xuan Karlos forum iştirakçılarına təbrik nitqi ilə müraciət etmişdir.
Qurultayı Ümumdünya İnformasiya Agentlikləri Assosiasiyasının prezidenti Ufe Sorensen açmışdır.
Qurultayda Ərəb İnformasiya Agentlikləri Federasiyasının (FANA) baş katibi Fərid Əyyar, Röyter İnformasiya Agentliyinin direktoru Maykl Lourens, Kolumbiya Universitetinin professoru İqnasio Qomes başqaları çıxış etmişlər. Forum iştirakçıları informasiya agentliklərinin texnoloji inkişafın gələcəyi, piratlığa qarşı mübarizədə səylərin birləşdirilməsi, iri tədbirlərdə iştirak etmək hüququ münaqişə zonalarında jurnalistlərin təhlükəsizliyi məsələlərini müzakirə edirlər.

 

Respublika.- 2007.- 26 oktyabr.- S.4.