Seyidov H.T.

Abidələrimiz milli sərvətimizdir

 

Naxçıvandakı tarixi abidələrimiz barədə

 

Xalqımızın tarixində abidələrimizin mühüm əhəmiyyəti var və bunların vasitəsilə xalqın keçmişini müəyyənləşdirmək olar, Naxçıvan Muxtar Respublikasında (MR) aparılan qazıntılar zamanı maddi və mədəniyyət nümunələrinin üzə çıxarılması göstərir. Azərbaycanın bu dilbər guşəsi çox zəngin bir diyardır. Təkcə bir faktı göstərə bilərik ki, hazırkı dövrümüzə qədər gəlib çıxmış abidələrlə yanaşı, yeni-yeni faktlar alim-arxeoloqlarımız tərəfindən hələ də tapılaraq üzə çıxarılır.

Xatırladaq ki, MR-də Yusif Kuseyr oğlunun türbəsi, Atabəylər dövrünün yadigarı olan Mömünə xatın türbəsi, İmamzadə, qədim Buzxana abidəsi, Ordubad rayonunda Mədrəsə, Came məscidi, Qeysəriyyə binası, Şərur rayonunda Qarabağlar kəndində olan Qoşa minarə, Şaxtaxtı kəndindəki Oğlanqala abidəsi, Culfa rayonundakı Xanəgah kompleksi, Nərminin türbəsi, məhşur Əlincə qalası, Şahbuz rayonunda Fərhad evi, Babək rayonundakı Çalxanqala, 5-ci əsrə aid olan Daşqala mağarası, Sədərək rayonundakı məscidlər, Ağ oğlan piri, Cəhri kəndindəki Şıxlar yaşayış məskəni, Möcüzəli pir və son günlərdə Şərur rayonu Dizə kəndində aşkar edilmiş Ovçular təpəsi kimi abidələrimiz yüksək memarlıq üslubu ilə tikilmiş gözəl və tariximizi özündə əks etdirən milli sərvətimizdir.

Bu məqalədə MR-dəki müqəddəs və inanc yerimiz olan ocaqlar, pirlər barədə oxuculara məlumat vermək istəyindəyik. Bu məqsədlə arxivlərə - tariximizi vərəqləməyə getdik.

Bildirmək istərdik ki, bəzi pirlər və ocaqlar islam dininin təşəkkül tapması ilə əlaqədar olaraq daha da müqəddəsləşdirilib. MR-in pirlərində olan daşlar haqqında xalq arasında müxtəlif tipli inanclar mövcuddur. İnama görə bu daşlar göydən düşüb. Bu,həqiqətdir, ya yox, deyə bilmərik. Sədərək rayonunda Tejgar dağından bir az yuxarı "Dihörən" adlı bir yer var. "Dihörən" təpənin elə gizli yerində tikilib ki, düşmən aylarla gəzərsə, oranı tapa bilməz. Oraya bircə yol - cığır var. Yalnız o cığırla ora çıxmaq olar. İçəri daxil olarkən ortada dairəvi masaya bənzər təmiz bir daş görünür. Bu daşın ətrafında on nəfərə qədər şəxs əyləşib yeyər, su içə bilər. "Dihörən"də bir balaca pəncərə var, oradan gələni görmək olar. Buranın tarixi bəlli deyil, ən yaşlı sədərəklilər belə buranın tarixi haqqında fikir söyləyə bilmirlər. Deyilənə görə, Süfədaş göydən qopub yerə düşüb. Çünki yeri aydınca görünür. "Dihörən"i Sədərəkdə həm ocaq kimi, həm səngər, mağara kimi xarakterizə edənlər var. Ancaq belə yerlər çox möcüzəlidir. Çünki buraya gəbn şəxs özü bunu əyani şəkildə görə bilər.

Bundan başqa Sədərakdə "Ağoğlan"deyilən bir ocaq - pir var. Vaxtı ilə bu "Ağoğlan" deyilən yerdə gözəl ətrafı meşə ağacları ilə hasar var imiş. Zaman ötdükcə bu ağaclar baxımsızlıqdan məhv olmuşdur. "Ağoğlan" deyilən yerdə çoxlu ceyran, cüyür, maral başqa heyvanlar gəlib nəsil artırarmışlar, insanlardan qorxmazmışlar. Hətta kənd sakinləri onların südündən sağıb xəstələrə verərmişlər. Həmin andan xəstələr şəfa taparmış.

Çünki insanlar onlara şərait yaradıb, həm qoruyarmışlar. "Ağoğlan" 1996-cı ildə bir xeyirxah insan tərəfindən demək olar ki, yenidən quruldu. Moskvada oxuyub Sədərəyə qayıdan Həsənov Müzəffər Cəlil oğlu bizim göriişü zamanı bildirdi ki, adıçəkilən müqəddəs yeri təmir etdirib abidəyə çevirmək istəyir. Bu məqsəd Sədərək RPK-nin birinci katibi işləyən Adil Kazımova müraciət etdik. Rayon rəhbərliyinə bildirdik ki, "Ağoğlan" ocaq-pirini abidəyə çevirmək istəyirik. Mərhum Adil Kazımov vətənpərvər, torpağını sevən, torpağın müdafiəsində silah götürüb düşməndən azad edən bir şəxs kimi bizim bu fikrimizə çox sevindi. Müzəffər Naxçıvandan memar ustalardan birini tapdı, gətirdi, lazımi şərait yaratdı, oraya su çəkdirdi orada gözəl bir abidə yaratdı. Bu gün "Ağoğlan" piri sədərəklilərin inanc yeri kimi qorunub-saxlanılır istifadə olunur.

Bundan başqa Sədərəkdə üç böyük məscid bir mədrəsə mövcuddur. Bunlar çox qədim tarixə malikdirlər.

Naxçıvanda olarkən akademikrlə söhbət zamanı ocaqların, pirlərin fəaliyyəti barədə çox şey aydınlaşdırdıq. Bu barədə AMEA Naxçıvan MR bölməsi Tarix, Etnoqrafıya Argeologiya İnstitutunun əməkdaşı Türkan Qədirzadə ilə söhbətimiz daha önəmli oldu. O qeyd etdi ki, bu ziyarətgahlara ancaq niyyət etmək üçün gedirlər. Daha sonra əməkdaş qeyd etdi ki, Naxçıvanın bəzi kəndlərində "Südlü nənə piri", "Süd piri" adlanan qədim inam yerləri var. Qazançı, Sirab, Badamlı, Kənd Şahbuz, Xaraba Məzrə kimi pirlər vardır. Körpəsi olan ananın südü olmayanda çörək bişirib pirə aparar, oradakı daşa sürtər, qaytarıb gətirib camaata paylayar ana Allahdan körpəsinə süd istəyib, dua edər. Belə hallar Culfa, Badamlı (Şahbuz rayonu) da eynilik təşkil edir.

Türkan xanım başqa bir tarixi abidə haqqında da ətraflı danışdı. O da "Üç qardaş", "Deşik daş" oldu. Bu pirlər barədə xalq arasında belə rəvayət var. Düşməndən qaçan, haqsızlıq üzündən daşlara pənah gətirən üç qardaş hər tərəfdən düşmən gəldiyini görüb, ələ keçməsinlər deyə Allaha üz tutub yalvarmaqla bir-birim söykənərək daşa çevrilmişlər.

_Uşağı olmayan qadınlar buraya gəlir, orada kollara nənni asır, 3 dəf; "Deşik daş"dan keçirlər. Pirdən bir az aşağıda tut ağacındakı tutdan toplayıb müəyyən xəstəliklərin şəfasında edirlər. Həmin suyun, tutun xəstələrin şəfa tapmasında rolu barədə söhbət çox geniş yayılıb. Bura hətta göy öskürək tutan uşaqları da gətirib 3 dəf; "Deşik daş"dan keçirirlər.

"Təndirli quyu" pirindən insanlar müxtəlif xəstəliklər üçün istifadə edilir. Rəvayətə görə bu pirin altındaı çıxan sudan içən qızlar ora gedər, bəxti açılar, oğlanlar isə tezliklə evlənər. Burada bir armud ağacı da var. Əgər bu armud ağacından uşağı olmayan qadın nənni asarsa, əgər nənni yellənərsə onda o qadın məqsədinə çatar, uşağı olar. Bütün bunlar Naxçıvanın qədim tarixindən xəbər verir.

 

Azad Azərbaycan.- 2007.- 26 sentyabr.- S. 6.