Heydər Əliyev Fondunun fəaliyyəti” adlı kitab ingilis və alman dillərində nəşr olunmuşdur

 

Almaniyadakı “Azərbaycanın dostları” Cəmiyyətinin təşəbbüsü ilə ingilis və alman dillərində “Heydər Əliyev Fondunun fəaliyyəti” adlı kitab nəşr olunmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr olunmuş kitab bir çox beynəlxalq təşkilatların rəhbərlərinin, nüfuzlu elm və siyasi xadimlərin Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xeyirxah işləri barədə ürək sözləri ilə başlayır.

Nəşrdə Mehriban xanımın bəşəri dəyərlərə xidmət edən nəcib və misilsiz fəaliyyətinə yüksək qiymət verilmişdir.

“Wintershall Holding AG” şirkətinin dəstəyi ilə hazırlanmış kitabda Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirdiyi layihələr, fondun genişmiqyaslı və çoxşaxəli fəaliyyəti haqqında məlumatlar xronoloji ardıcıllıqla əks olunmuşdur.

Kitabda Mehriban xanım Əliyevanın müxtəlif tədbirlərdə çıxışları və kütləvi informasiya vasitələrinə müsahibələri də yer almışdır.
Nəfis tərtibatda çap olunmuş kitab rəngli fotoşəkillərlə zəngindir.
Əsasən AzərTAc-ın materiallarından istifadə olunmaqla hazırlanmış kitabın siyasi məsləhətçisi Milli Məclisin deputatı, tarix elmləri namizədi Məlahət Həsənovadır.

Xalq qəzeti.- 2008.- 26 avqust.- S. 1.