Musaoğlu İ.

 

Mədəniyyət evi istifadəyə verilib

 

Zaqatalanın Kəpənəkçi kəndində rayonun daxili imkanları hesabına təmir olunaraq müasir avadanlıqlarla təmin edilmiş kənd mədəniyyət evinin açılışı olmuşdur.

Kənd ictimaiyyəti ilə görüşdə çıxış edən Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ulu öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla həyata keçirildiyini qeyd etmiş, bunun əyani təzahürü olaraq respublikamızda, eləcə də rayonda aparılan tikinti quruculuq işlərindən danışmışdır. Tədbirdə çıxış edən kənd ziyalıları, ağsaqqalar gənclər görülən bütün işlərə qayğıya görə təşəkkürlərini bildirmişlər. Görüş zamanı rayon rəhbəri kənd əhalisinin problemləri ilə maraqlanmışdır.

Kəpənəkçi kənd mədəniyyət evinin açılışını bildirən rəmzi qırmızı lent kəsildikdən sonra mərasim iştirakçıları burada yaradılmış şəraitlə yaxından tanış olmuşlar.

Tədbir kənd mədəniyyət evinin özfəaliyyət kollektivinin konsert proqramı ilə yekunlaşmışdır.

Xalq qəzeti.-2008.- 21 avqust.- S. 4.