Neft muzeyinin dizayn-layihələrinə həsr olunmuş növbəti toplantı keçirilmişdir

 

Azərbaycan Respublikasının Dövlət Neft Şirkətindən (ARDNŞ) AzərTAc-a bildirmişlər ki, avqustun 16-da şirkətin inzibati binasında Prezident İlham ƏliyevinBakı şəhərində neft muzeyinin yaradılması haqqındaSərəncamına uyğun olaraq, dizayn-layihə konsepsiyası üzrə müsabiqə komissiyasının iclası keçirilmişdir.

Komissiyanın iclasında 2008-ci il avqustun 1-dək təqdim olunmuş təkliflər müzakirə edilmişdir. Konsepsiya layihəsinin heç biri texniki tələblərə uyğun gəlmədiyi üçün qəbul olunmamışdır.

Komissiya müsabiqənin müddətinin sentyabrın 10-dək uzadılması barədə qərar qəbul etmişdir. Bildirilmişdir ki, həmin müddətdə həm hazırkı iştirakçıların, həm digərlərinin yeni layihələri dizayn-layihə konsepsiyası üzrə beynəlxalq komissiyaya təqdim oluna bilər.

 

Xalq qəzeti.- 2008.- 17 avqust.- S. 3.