2008-ci ildə Azərbaycan mədəniyyətinin itkiləri

2008-ci il mədəniyyət sahəsində ilk böyük itki yanvarın 21- baş verib. Həmin gün gecə saatlarında SSRİ xalq artisti Lütfiyar İmanov 79 yaşında dünyasını dəyişib. Xalq artisti İslam Rzayevin vəfatı da yanvar ayına təsadüf edib. Bu ilin martın 5- şair Ağalar Mirzə dünyasını dəyişib. 74 yaşlı Azərbaycanın xalq rəssamı İbrahim Zeynalov  Ağalar Mirzədən bir gün sonra, yəni martın 6-da vəfat edib. Martın 16-da 92 yaşlı xalq rəssamı Maral Rəhmanzadə, martın 24- 84 yaşlı xalq artisti Tükəzban İsmayılova vəfat ediblər. Aprel ayında meyxana ustası Ağasəlim Çıldağı, xalq artisti, bəstəkar Ramiz Mustafayevi, xalq artisti Kamal Xudaverdiyevi itirmişik. 2008-ci ilin mayında əməkdar incəsənət xadimi Elşad Quliyev xalq artisti Səfa Qəhrəmanov vəfat ediblər. İyulun 25- Azərbaycanın əməkdar artisti Mais Salmanov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Oktyabrın 25- isə Azərbaycan mədəniyyətinə çox böyük itki üz verib. Belə ki, həmin gün dünyaşöhrətli Azərbaycan müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayev vəfat edib. Bu il Azərbaycan mədəniyyət incəsənətinin son itkisi kino sahəsi ilə bağlıdır. Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilat məsələləri üzrə katibi, əməkdar mədəniyyət işçisi Abbas Əliyev dekabrın 22-, 63 yaşında həyatla vidalaşıb.

Zaman.- 2008.- 25-26 dekabr.- S. 8.