İncəsənət Muzeyinin fondu zənginləşir

 

R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin kitabxanasını zənginləşdirmək məqsədilə daxili imkanlar hesabına 143 adda elmi ədəbiyyat alınmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata əsasən, bura müxtəlif sənətşünas alimlərin son tədqiqatlarının elmi-nəzəri nəticələrinin topluları, dünyanın məşhur muzeylərinin kolleksiyalarının əks etdirildiyi kataloqlar, o cümlədən, Azərbaycan incəsənəti haqqında araşdırmalar, albomlar və s. daxildir. Ötən iki ildə bu istiqamətdə görülən tədbirlərin 2008-ci ildə də davam etdirilməsi muzeydə elmi-tədqiqat, o cümlədən, atributsiya işlərinin səmərəsini xeyli artırmışdır.
  

Səs.- 2008.-17 dekabr.- S. 12.