Mənsum Türkiyədə konsert verib

 

Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Mənsum İbrahimov Türkiyənin İzmir şəhərində konsert verib. O, konsertdə Niyazinin "Rast" simfonik muğamını ifa edib. Bu barədə APA-ya məlumat verən M.İbrahimov konsertin İzmir Mədəniyyət Sarayında simfonik orkestrin iştirakı ilə keçirildiyini deyib.

M.İbrahimovu musiqiçilər Elçin Həşimov Elnur Əhmədov müşayiət ediblər. Konsertdə Izmir Simfonik Orkestrini azərbaycanlı dirijor Yalçın Adıgözəlov idarə edib.

M.İbrahimov konsert proqramının dekabrın 7- TRT-2 telekanalı ilə yayımlanacağını söyləyib. Konsertdən sonra Türkiyənin bir sıra şəhərlərinə dəvət aldıqlarını bildirən xanəndə həmin təklifləri dəyərləndirəcəyini vurğulayıb.

 

Ekspress.- 2008.- 6-10 dekabr.- S, 16.