Af Hotel – Aqua Parkailəvi istirahət kompleksi

 

Dünya birliyinə fəal inteqrasiya olunan Azərbaycan Respublikası zəngin turizm potensialına malikdir. Son illər ölkənin turizm potensialından səmərəli istifadə edilməsinə, turizm sahəsində sahibkarlıq hissinin gücləndirilməsinə dövlət qayğısı getdikcə artırılır. Azərbaycanın zəngin təbii gözəllikləri, əlverişli iqlim coğrafı şəraiti ölkə ərazisində müasir standartlara uyğun turizm obyektlərinin yaradılmasına imkan verir. Dördulduzlu "AF Hotel-Aqua Park" ailəvi-istirahət kompleksi xidmətin səviyyəsi cazibədarlığı ilə daha çox seçilir.

Bu dördulduzlu ailəvi istirahət kompleksi Bakı şəhərindən 21 kilometr kənarda Novxanı qəsəbəsində, nadir müalicəvi mineral duzlara malik olan Xəzər dənizinin sahilində inşa edilmişdir. "AF Hotel - Aqua Park" kompleksi təkcə Azərbaycanda deyil, bütövlükdə Zaqafqaziyada analoqu olmayan ailəvi istirahət mərkəzidir. Fəaliyyətə başladığı gündən "müştəri məmnunluğu" prinsipini əsas tutan "AF Hotel-Aqua Park" artıq həm xarici qonaqların, həm yerli sakinlərin sevimli istirahət guşəsinə çevrilmişdir. Kompleks bu gün öz müştərilərinə Avropa standartlarına uyğun yüksək səviyyəli xidmət göstərməkdə davam edir.

Hazırda kompleksin korpuslarında müştərilərin yerləşməsi üçün 300 standart - iki nəfərlik otaqlar vardır. Ailəvi dincəlmək istəyənlər üçün isə ərazidə 40 üçotaqlı lyüks nömrələr (terassa dənizə çıxan panorama ilə) 16 ailəvi ikimərtəbəli lyüks kotteclər (mətbəxi ilə) fəaliyyət göstərir. Bundan əlavə, kompleksdə milli Avropa mətbəxi üsulu ilə yüksək səviyyədə hazırlanmış müxtəlif növ yeməklər təklif edən 7 restoran, bar, sauna massaj kabinələrinin xidmətləri müştərilərin ürəyincədir.

"AF Hotel - Aqua Park" ailəvi istirahət kompleksinin qonaqları həmçinin burada təşkil olunmuş müxtəlif idman əyləncə xidmətlərindən istifadə edə bilərlər. Belə ki, Aqua Parkda uşaqlar böyüklər üçün su təpələri olan açıq tipli üç hovuz, VİP bilyard zalı, uşaqlar üçün yeraltı oyun avtomatları zalı, buz meydançası, çimərlikdə qayıqlar, skuterlər motobayklar, açıq tipli tennis kortu, futbol, voleybol, basketbol meydançaları fitnes zalı, müştərilərə yüksək səviyyəli xidmət göstərir.

"AF Hotel-Aqua Park" ailəvi istirahət kompleksi konsertlər, müxtəlif növ şou proqramlar biznes tədbirlərinin keçirilməsi üçün əvəzolunmaz bir yerdir. Belə ki, kompleksdə konfransların biznes tədbirlərinin yüksək səviyyədə keçirilməsi üçün 150 nəfərlik zal fəaliyyət göstərir. Müştərilər həmçinin poçt, beynəlxalq peyk rabitəsi, eləcə 24 saat ərzində "WI-FI" internet növü kitabxana xidmətlərindən istifadə edə bilərlər.

 

Xalq qəzeti.- 2008.- 19 iyul.- S. 6.