Arifə

 

Aşıq Şakir haqqında sənədli film çəkilib

 

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "El yolunda... Aşıq Şakir" adlı sənədli televiziya filminin istehsalı başa çatıb. Film Şirvan aşıq məktəbinin tanınmış nümayəndəsi Aşıq Şakir Hacıyevin həyat yaradıcılıq fəaliyyətinə həsr olunub. Ekran işinin ssenari müəllifi Eldar İsgəndərzadə, quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Mahir Cahangirovdur.

Xatırladaq ki, Aşıq Şakir rəngarəng mahnı yaradıcılığı məlahətli səsi ilə yaddaşlarda qalıb. Onun söylədiyi dastanlar ifa etdiyi "Sarıtorpaq şikəstə", "Şirvan şikəstəsi" qeyri-adiliyi, möhtəşəmliyi ilə fərqlənib, sonrakı nəsil ifaçılar üçün böyük örnək olub. Muğam sənəti ilə aşıq yaradıcılığı arasında vəhdət yaradan Aşıq Şakir Hacıyev öz dövrünün sənətkarları tərəfindən həmişə yüksək qiymətləndirilib.

 

525-ci qəzet.- 2008.- 10 iyul.- S. 7.