Luvrda dahi bəstəkar Qara Qarayevin 90 illik yubileyi qeyd olunub

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, "Qara Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsi haqqında" dövlət başçısının Sərəncamına, eləcə də nazirliklə Luvr Muzeyi arasında imzalanan protokola əsasən, Luvr Muzeyinin əzəmətli "Auditorium" konsert salonunda dünyaşöhrətli Azərbaycan bəstəkarının yaradıcılığına həsr olunan musiqi gecəsi keçirilib.

Tədbirdə Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi altında Dövlət simli alətlər kvarteti və bir neçə tanınmış musiqiçi də iştirak edib. Qara Qarayevin oğlu, bəstəkar Fərəc Qarayev tərəfindən tərtib olunan konsert Fəxrəddin Kərimovun dirijorluğu ilə idarə olunub.
Qeyd edək ki, konsertdən öncə dahi bəstəkarın həyat yaradıcılığına həsr edilən qısametrajlı film nümayiş etdirilib

 

               Yeni Azərbaycan.- 2008.- 1 iyul.- S. 8.