Görkəmli sənətkarın 100 illiyi ilə bağlı oxucu konfransı keçirilmişdir

 

Şirvan şəhərinin Seyid Əzim Şirvani adına Mərkəzi Kitabxanasında görkəmli sənətkar Mir Cəlal Paşayevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar oxucu konfransı keçirilmişdir.

Tədbirdə çıxış edənlər görkəmli alim, nasir, pedaqoq Mir Cəlalın həyat və yaradıcılığmın daha dərindən və ətraflı öyrənilməsində və təbliğində sənətkarın 100 illiyinin ölkəmizdə qeyd olunması ilə əlaqədar Prezidentin imzaladığı sərəncamın əhəmiyyətini xüsusi vurğulamışlar.

Mir Cəlalın həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına ətraflı məlumat verən oxucu Vəzifə Xudiyeva qeyd etmişdir ki, sənətkar özünəməxsus yazı üslubu ilə müasirlərindən fərqlənərək Azərbaycan ədəbiyyatına yeni ruh, düşüncə tərzi gətirmişdir.

Onun əsərləri reallığı, həyat həqiqətləri ilə həmişə seçilmişdir. Yaradıcılığındakı bu keyfiyyətlər yazıçıya geniş oxucu məhəbbəti qazandırmışdır.

Konfransın sonunda yubilyarın həyat və yaradıcılığını bədii boyalarla əks etdirən "Qəlblərdə yaşayan Mir Cəlal" adlı ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

 

Respublika.- 2008.- 20 iyul.- S. 1.