Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi İKT-nin turizm nazirlərinin sessiyasında sədrliyi Suriyaya təhvil ver­mişdir

Suriyanın Dəməşq şəhərində İslam Konfransı Təşkilatı turizm nazirlərinin 6–cı sessiyası keçirilmişdir.
36 islam ölkəsinin nümayəndə heyətləri 12 nazirin iştirak etdikləri tədbirdə Azərbaycanı mədəniyyət turizm naziri Əbülfəs Qarayev, nazirliyin turizm şöbəsinin müdiri Aydın İsmiyev xarici turizm sektorunun aparıcı məsləhətçisi Rəsul Səmədov təmsil etmişlər.
İslam Konfransı Təşkilatının (İKT) təcrübəsinə uyğun olaraq, konfrans yüksək vəzifəli ekspertlər nazirlər seqmentlərindən ibarət olmuşdur. Yüksək vəzifəli ekspertlərin sessiyasının açılışında Azərbaycan nümayəndə heyəti İKT–nin turizm nazirlərinin sessiyasında iki il davam etmiş sədrliyi Suriya tərəfinə təhvil vermişdir.
Açılışda Suriyanın turizm naziri Saadalla Agha al–Qalaa İKT baş katibinin köməkçisi Nabika Diallo iştirak etmişlər.
Turizm nazirlərininci İslam Konfransında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində keçirilmiş tədbirlər haqqında ətraflı məlumatların əks olunduğu hesabat sədr Ə.Qarayev tərəfindən İKT Baş Katibliyinə təqdim olunmuşdur.
Turizm nazirlərinin İslam Konfransının gündəliyi proqramı qəbul edildikdən sonra turizm nazirlərininci İslam Konfransının sədri qismində Azərbaycanın mədəniyyət turizm naziri Ə.Qarayev iclası açıq elan etmişdir. İclas Qurani–Kərimdən ayələrin oxunuşu Suriyanın turizm potensialı haqqında filmin nümayişi ilə açılmışdır.
Azərbaycanın mədəniyyət turizm naziri Ə.Qarayev açılış nitqində 2006– il sentyabrından 12–dək Bakıda keçirilmiş turizm nazirlərininci İslam Konfransında qəbul edilmiş qərarlar, tövsiyələr təşəbbüsləri xatırlatmışdır. O qeyd etmişdir ki, turizm nazirlərininci İslam Konfransının sədri kimi, Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin işləyib hazırladığı fəaliyyət planı İKT ölkələrini daha da yaxınlaşdırmaq, turizmlə əlaqəli müxtəlif sahələrdə davamlılığı fəal təcrübə mübadiləsini təmin etmək məqsədi daşımışdır.
Azərbaycan turizm nazirlərininci İslam Konfransına sədrliyi dövründə həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat təqdim etmış tədbirlər zamanı göstərdiyi metodoloji texniki köməkliyə maliyyə dəstəyinə görə İKT–nin baş katibi E.İhsanoğluya, İKT Baş Katibliyinin kollektivinə təşkilatın ixtisaslaşmış institutlarına dərin minnətdarlığını bildirmişdir. Ə.Qarayev qeyd etmişdir ki, 2007–ci il noyabrın 22–23– Liviyanın Tripoli şəhərində keçirilmiş mədəniyyət nazirlərininci İslam Konfransında qəbul olunmuş qətnamələrə əsasən Bakı şəhəri 2009–cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunmuş mədəniyyət nazirlərinin İslam Konfransının Bakıda keçirilməsi qərara alınmışdır. O, bu hadisənin Azərbaycanın mədəni turizm potensialının islam dünyasının mərkəzlərindən biri kimi təbliğ edilməsində mühüm rol oynayacağına əminliyini ifadə etmişdir.
Açılış mərasimindən sonra konfrans iştirakçılarına turizm nazirlərininci İslam Konfransında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində keçirilmiş tədbirlər barəsində altı dəqiqəlik film nümayiş etdirilmişdir. İclasın qərarına uyğun olaraq, 2010–cu ildə turizm nazirlərininci İslam Konfransı Tehranda keçiriləcəkdir.

Respublika.- 2008.- 11 iyul.- S. 4.