Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi mövzusunda beynəlxalq forumun iştirakçıları Qəbələ rayonuna getmişdir

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumun iştirakçılarının bir qrupu iyunun 12- Qəbələ rayonunda olmuşlar.
Qəbələ şəhərinin mərkəzində qonaqları hörmət ehtiramla qarşılamışlar. Milli geyimli oğlan qız qonaqlara gül-çiçək dəstələri təqdim etmişlər.
Forumun iştirakçıları rayon Tarix-Diyarşünaslıq muzeyində Azərbaycanın, eləcə Qəbələnin qədim tarixinə aid eksponatlarla tanış olmuşlar. Sonra qonaqlar Heydər Əliyev muzeyinə gələrək burada ümummilli liderin həyat fəaliyyətini, Qəbələyə səfərlərini əks etdirən fotoşəkillərə baxmışlar. Burada ulu öndərin fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Qəbələdəki Heydər Əliyev parkında qonaqlar üçün konsert təşkil olunmuş, rayonun incəsənət kollektivlərinin üzvləri, məktəblilər maraqlı proqram nümayiş etdirmişlər.
Forum iştirakçıları, həmçinin rayon mədəniyyət evində Qəbələ ətraf rayonların sənətkarlarının əl işlərindən ibarət satış-sərgiyə baxmış, xoşladıqları əşyaları almışlar.
Daha sonra qonaqlar Qəbələnin mənzərəli yerlərini seyr etmişlər. Rayon ilə tanışlıq gəzinti qonaqlarda xoş

 

Azərbaycan.- 2008.- 13 iyun.- S. 5.