Mikayıl Müşfıqin seçilmiş əsərləri

 

Dünən Mirzə Fətəli Axundov adına Milli Kitabxanada Mikayıl Müşfiqin seçilmiş əsərlərindən ibarət üç cildliyin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən Milli Kitabxananın direktoru Kərim Tahirov M.Müşfiqin böyük və əvəzolunmaz şair olduğunu bildirib. Tədbirdə xalq şairi Zəlimxan Yaqub, Gulhüseyn Hüseynoğlu və başqaları iştirak ediblər. Daha sonra M.Müşfiqin anadan olmasının 100 illik yubileyi münasibətilə ədəbi-bədii proqramla davam etdirilib. Qeyd edək ki, M.Müşfiqin 100 illik yubileyi münäsibəti ilə hazırlanan üç cildlik kitabın tərtibçisi və redaktoru Gülhüseyn Hüseynoğludur. İyunun 20-də M.Müşfıqin 100 illik yubileyinin onun anadan olduğu Xızı rayonunda da keçirilməsi nəzərdə tutulub.

 

Xalq cəbhəsi.- 2008.- 14 iyun.- S. 14.