Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

2008-ci il may ayının 10-da müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin 85 illiyi tamam olur.

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.

1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında geniş vüsət alan ictimai-siyasi proseslər iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. Qısa müddətdə iqtisadiyyat sahəsində nailiyyətlər əldə olunmuş, mədəniyyətin yüksəlişi milli-mənəvi dəyərlərin dirçəlişi istiqamətində mühüm addımlar atılmışdır. O illərdə Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya istiqamətini milli özünüdərkin güclənməsinə imkan verən sürətli inkişaf strategiyası təşkil etmişdir.

Heydər Əliyev həmin dövrdə özünün dövlət idarəçiliyi strateji proqramında mədəni mənəvi intibahı həmişə iqtisadiyyatda sənayedəki uğurlarla əlaqələndirərək, vahid məcrada həyata keçirmişdir. 1969-1982-ci illərdə həyatımızın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.

Heydər Əliyevin idarəçilik istedadı, tükənməz enerjisi misilsiz işgüzarlığı 1982-ci ildən SSRİ-nin dövlət başçılarından biri kimi fəaliyyət göstərdiyi irimiqyaslı layihələrə rəhbərlik etdiyi vaxtlarda özünü xüsusilə parlaq surətdə təzahür etdirmişdir. Həmin dövrdə Heydər Əliyev fenomeni ümumittifaq miqyasında etiraf olunurdu. O, ölkədə baş verən ən ekstremal vəziyyətlərin aradan qaldırılmasının bilavasitə iştirakçısı olması sayəsində dövlətin ən nüfuzlu siyasi xadimlərindən birinə çevrilmişdi.

Qanlı Yanvar faciəsi ilə bağlı Heydər Əliyev tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. O, kommunist partiyası sıralarından çıxmasına dair ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq bəyan etmişdi.

Heydər Əliyevin Azərbaycan parlamentindəki çıxışları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən qəbul etdiyi qərarlar Naxçıvan Ali Məclisinin binası üzərində üçrəngli bayrağımızı ucaltması suverenliyin qazanılması istiqamətində atılmış ilk addımlardandır.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən az sonra, xarici təzyiqlər daxili çəkişmələr nəticəsində 1993-cü ilin iyununda vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı bir vaxtda xalqımız öz taleyini yalnız Heydər Əliyevə etibar etmişdir. Onun təkidli istəyi ilə hakimiyyətə qayıdan Heydər Əliyev siyasi təcrübəsi, uzaqgörənliyi sarsılmaz iradəsi sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən ictimai-siyasi pərakəndəlikdən qurtarmış, qanunçuluğu bərpa etmiş cəmiyyəti vahid məfkurə ətrafında birləşdirmişdir. Heydər Əliyevin hakimiyyətə gəlişi ilə milli birliyin təmin edildiyi günü xalq özünün əsl xilaskarı şərəfinə Azərbaycanın ən yeni tarixinə Milli Qurtuluş günü kimi yazmışdır.

Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaradılması, beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycanın əsas qanunu olan Konstitusiyanın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması, milli təhlükəsizliyin təmin olunması yeni iqtisadi kursun müəyyənləşdirilməsi ilə bağlı proseslərin müvəffəqiyyətli həlli şəxsən Heydər Əliyevin xidmətləridir.

1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edənƏsrin müqaviləsinin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratmışdır. Hazırda Heydər Əliyevin adını daşıyan Bakı-Tbilisi-Ceyhan neft kəməri xalqımızın ümummilli liderinin ideyalarının gerçəkləşməsinin parlaq təcəssümüdür.

Müstəqil dövlətçiliyimizin Heydər Əliyev tərəfindən formalaşdırılan mənəvi-ideoloji əsası dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində həlledici rol oynamışdır. Azərbaycan ziyalısını son əsrlərdə ciddi düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin fəaliyyəti sayəsində strateji dövlət siyasətinə, əməli siyasi müstəviyə keçmiş nəticədə azərbaycançılıq məfkurəsi şüurlara hakim kəsilmişdir. İki əsrin iki minilliyin qovuşuğunda xalqımız məhz onun sayəsində milli-mənəvi dəyərləri layiqincə qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyevin adı bu gün bölgədə dünyada layiqli mövqe qazanmış Azərbaycan dövlətinin rəmzi kimi səslənir.

2003-cü il dekabrın 12- əbədiyyətə qovuşmuş Heydər Əliyevi son mənzilə yola salmağa yüz minlərlə soydaşımız gəlmişdi. Vida mərasimində ardı-arası kəsilməyən həmin insan seli isə on il əvvəl - 1993-cü ildə Vətən darda ikən millətin nicat yolunu Heydər Əliyevin simasında görənlərin birliyindən yaranmışdı. Bu möhtəşəm izdihamı ilə xalq ən kədərli günündə həmrəylik nümayiş etdirməklə Heydər Əliyevin ruhu qarşısında mənəvi borcunu ödəyir, Heydər Əliyev ideyalarına sonsuz sədaqətini ifadə edirdi.

Çoxəsrlik dövlətçiliyimiz tarixində xüsusi yeri olan Heydər Əliyevin fəaliyyəti öz əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxır. Beynəlxalq aləmdə cərəyan edən proseslərə təsiri baxımından həmişə seçilən qlobal dünyanın ən aktual çağırışlarına cavab verən Azərbaycan rəhbəri zəmanəmizin tanınmış siyasi xadimləri sırasında şərəfli yer tutmuşdur.

Özünün zəngin siyasi fəaliyyəti sayəsində ölkəmizin hərtərəfli inkişafı prosesinə qüvvətli təkan verərək, onu daimi yüksəliş yoluna çıxaran Heydər Əliyevin Azərbaycan xalqı dövləti qarşısında misilsiz tarixi xidmətlərini, o cümlədən xalqımızın müstəqillik arzusunun həyata keçməsində, milli dövlətçilik ideyasının gerçəkləşdirilməsində müasir Azərbaycan dövlətinin yaşadılmasında müstəsna rolunu nəzərə alaraq qərara alıram:

1. Azərbaycan Respublikasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Azərbaycan Respublikasının Nazirlər Kabineti aidiyyəti qurumlarla birlikdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 11 mart 2008-ci il

 

Azərbaycan.- 2008.- 12 mart.- S. 1.