"Heydər Əliyevin şah əsəri - Müstəqil Azərbaycan" rəsm müsabiqəsi

 

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası ulu öndərimiz Heydər  Əliyevin 85 illik yubileyi ilə əlaqədar "Heydər Əliyevin şah əsəri Müstəqil Azərbaycan" adlı rəsm müsabiqəsi keçirir.

Bu barədə kitabxanadan verilmiş məlumatda bildirilir ki, müsabiqədə 8-14 yaşlı uşaqlar iştirak edə bilərlər. Şəkillər A3 formatında, boya ilə çəkilməlidir. Qalibləri mükafatlar gözləyir. Rəsmlər 2008-ci il aprelin 10-dək qəbul olunacaqdır.

Müsabiqəyə aprelin 15-də kitabxananın yaxınlığındakı Rixard Zorge adına parkda yekun vurulacaqdır. Həmin gün keçiriləcək kitab bayramında balacaları çox maraqlı sürprizlər gözləyir.

 

Səs.- 2008.- 19 mart.- S. 12.