Xavər Vəkilovanın 90 illik yubileyi qeyd edilib

 

Dünən Muzey Mərkəzində xalq şairi Səməd Vurğunun həyat yoldaşı, əməkdar mədəniyyət işçisi Xavər Vəkilovanın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev Səməd Vurğun irsinin qorunmasında X.Vəkilovanın çox böyük rolunun olduğunu deyib. Nazir müavini onun həm qayğıkeş həyat yoldaşı, həm gözəl insan və ana olduğunu söyləyib. Tədbirdə çıxış edən "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə X.Vəkilovanın öz uşaqları ilə yanaşı, övladlarının dostlarına da analıq qayğısı göstərdiyini qeyd edib: "Şadam ki, mənə də Xavər xanımı tanımaq nəsib olub". Tədbirdə "Vurğun ömrü" filmi və Səməd Vurğunla Xavər Vəkilovanın fotoşəkilləri nümayiş etdirilib. Daha sonra tədbir iştirakçıları X.Vəkilovanın məzarını ziyarət ediblər.

 

Yeni Azərbaycan.- 2008.- 14 mart.- S. 7.