Komi respublikasında Azərbaycan mədəniyyəti günləri keçirilir

 

Komidə martın 20-dən 22-dək Azərbaycan mədəniyyəti günləri keçirilir.

Martın 20- günün birinci yarısında "Azərbaycan" milli mədəni muxtariyyətinin (MMM) konfransı keçirilmişdir. Konfransda MMM-in fəaliyyəti haqqında hesabat verilmiş, idarə heyətinin üzvləri seçilmişdir.

Həmin gün Komi Opera Balet Teatrının foyesində rnjlli geyim sərgisi açılacaqdır. Sonra Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı artistlərinin iştirakı ilə kqnsert olacaqdır. Martın 23- artistlər Usinsk şəhərinin Mədəniyyət sarayının səhnəsində çıxış edəcəklər.

 

Respublika.- 2008.- 21 mart.- S. 7.