Turanə

 

Mədəniyyət işçilərinin "Zirvə"si

 

Mədəniyyət və Turizm Nazirliyi teatr, musiqi, təsviri sənət və kino sahəsində "Zirvə" mükafatını təsis edib. "Zirvə" mükafatı teatr, musiqi, təsviri sənət və kino sahəsində xüsusi xidmətlər göstərən, yüksək peşakarlıq nümayiş etdirən istedadlı, yaradıcı şəxslərə verilir. Mükafata təqdim edilən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Milli mədəniyyətimizin tarixinin qorunması, zənginləşdirilməsi və inkişafına xidmət edən elmi-nəzəri əsərlər, beynəlxalq, regional və milli səviyyədə mədəniyyətin və incəsənətin inkişafına dair geniş planlı proqramlar və layihələr mükafata iddialı ola bilər. Mükafatın hər biri sahə üzrə 5000 (beş min) manat həcmində olacaq. Mükafat hər il yanvar ayının 30-da Mədəniyyət və Turizm Nazirliyinin təsis olunduğu əlamətdar gün münasibətilə Mükafat Komissiyasının təqdimatına əsasən verilir. Qaliblərə rəmzi simvol, diplom pul mükafatı təqdim olunur. "Zirvə" mükafatının təltifolunma mərasimi mart ayının 19-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçiriləcək.

 

Yeni Azərbaycan.- 2008.- 13 mart.- S. 8.