Yaqubzadə M.

 

Nizami rayonunda təntənəli yubiley tədbirləri keçirilmişdir

 

Şərqdə ilk demokratik dövlət sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 90 il keçir. Xalqımızın istiqlal mücadiləsinin ən parlaq səhifələrində olan bu əlamətdar tarixi hadisənin 90 illiyi ölkəmizdə təntənəli surətdə qeyd olunur. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 aylıq zaman kəsiyində dövlətçiliyin möhkəmləndirilməsi, daxili xarici siyasət sahəsində görülmüş mühüm işlər, tarixi faktlar bir daha nəzərdən keçirilir, istiqlal mücahidlərinin xatirəsi ehtiramla yad olunur. Dövlət başçısı İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 90 illiyinin ölkəmizdə geniş qeyd olunması haqqında 2008-ci il fevralın 15- imzaladığı sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı ölkənin hər yerində silsilə tədbirlər həyata keçirilir.
Paytaxtın Nizami rayonunda da Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi böyük təntənə, bayram əhval-ruhiyyəsi ilə qeyd olunmuşdur. Bu münasibətlə rayonun tədris müəssisələrində toplantı açıq dərslər, elmi-praktiki konfranslar, ədəbi-bədii gecələr təşkil olunmuş, rayon ərazisində bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirilmişdir. Rayonun 251 saylı orta məktəbindəXalq Cümhuriyyəti —90 il 201 saylı orta məktəbindəBir kərə yüksələn bayraq bir daha enməzmövzularında keçirilmiş ədəbi-bədii kompozisiyalar maraqla qarşılanmışdır.
Bakı Texniki Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə keçirilən toplantıda, həmçinin 70 saylı məktəbdə təşkil ediləndəyirmi masada Şərqdə ilk dəfə yaradılan demokratik respublikanın ayrı-ayrı tarixi məqamlarından söhbət açılmış, geniş diskusiyalar aparılmışdır. Rayon mərkəzi kitabxanasındaAzərbaycan Xalq Cümhuriyyəti - 90" adlı sərgi tamaşaçıların dərin marağına səbəb olmuşdur.
Yubiley tədbirləri mayın 27- Nizami Rayon İcra Hakimiyyətində keçirilən geniş yığıncaqla başa çatmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə rayon ictimaiyyətinin toplantısında xalqımızın ən parlaq səhifələrindən olan demokratik respublikanın tarixi barədə məruzələr dinlənilmiş, maraqlı faktlar açıqlanmışdır. Həmin gün rayon ərazisindəki Heydər bağı park-bulvarda təntənəli bayram konserti keçirlimişdir.

Xalq qəzeti.- 2008.- 28 may.- S. 7.