Əsədov B.

 

Ümummilli lider fotosərgi önündə yad edilib

 

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya institutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyi ilə əlaqədar fotosərgi nümayiş etdirilib. Həmkarlar İttifaqı Komitəsinin Gənclər Şurasının təşəbbüsü ilə baş tutmuş tədbirdə komitənin sədri Nazim Sadıqov fotolar əsasında ulu öndərin həyatı fəaliyyəti barədə institutun gənc əməkdaşlarına geniş məlumat verib. Sonra Gənclər Şurasının sədri Qulam Babayev çıxış edərək dahi şəxsiyyət Heydər Əliyevin elmimizə əvəzsiz qayğısından danışıb, ölkənin inkişafında gənclərin roluna xüsusi önəm verdiyini vurğulayıb.

Gənc geoloqlar tədbiri Fəxri xiyabanda unudulmaz Heydər Əliyevin məzarını ziyarət etməklə başa çatdırıblar.

 

Azərbaycan.- 2008.- 3 may.- S. 4.