Kitabxanada yubiley tədbiri

 

Ölkəmizin hər yerində ümummilli liderimiz Heydər Əliyevin 85 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər, elmi-praktiki konfranslar keçirilir. Bu yaxınlarda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Respublika Elmi-Texniki kitabxanasında böyük öndərin 85 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru İradə Musayeva ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqının tarixindəki rolundan, müstəqil Azərbaycanm dövlət quruculuğundakı misilsiz xidmətlərindən bəhs etmiş, kitabxanada kollektivin yubileylə əlaqədar gördüyü işlərdən danışmışdır.

Tədbirdə iştirak edən AMEA-nın akademiki Fuad Qasımzadə böyiik öndərin tarixi xidmətlərindən söz açmış, onun müstəqil Azərbaycanın memarı və qurucusu olduğunu vurğulamışdır.

Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun dərin məzmunlu çıxışı, ulu öndər Heydər Əliyevə, müstəqil Azərbaycanımıza hərs etdiyi şeirlər böyük maraqla, alqışlarla qarşılanmışdır.

Tədbirdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya Patent üzrə Dövlət Agentliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fikrət Qasımov da çıxış etmişdir.

 

Respublika.- 2008.- 10 may.- S. 22.