Ümummilli lider Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmişBir ömrün salnaməsibədii sərgisinin açılışı olmuşdur

 

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir

 

Mayın 7-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində ümummilli liderin 85 illik yubileyinə həsr edilmiş “Bir ömrün salnaməsi” bədii sərgisinin açılışı olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısı sərginin açılışını bildirən lenti kəsdi.
Kompleksin ikinci mərtəbəsində xalqımızın dahi oğlunun fəaliyyəti ilə bağlı fotostendlər vardır. Burada ümummilli liderin sovet hakimiyyəti illərində müstəqil Azərbaycana rəhbərliyi dövründə onun müxtəlif tədbirlərdə iştirakına, respublikanın bölgələrinə, xarici ölkələrə səfərlərinə, beynəlxalq sammit konfranslarda çıxışlarına, mədəniyyət, incəsənət elm xadimləri, idmançılar, ictimaiyyət nümayəndələri, hərbçilər, Azərbaycana gələn nümayəndə heyətləri ilə görüşlərinə, sənaye kənd təsərrüfatı müəssisələrinin, olimpiya-idman komplekslərinin digər obyektlərin açılışında iştirakına dair fotoşəkillər toplanmışdır.
Prezident İlham Əliyev ulu öndərin müxtəlif vaxtlarda çəkilmiş şəkillərinə baxdı.
Kompleksin birinci mərtəbəsində müxtəlif bölmələr üzrə guşələr təşkil olunmuşdur.
Prezident İlham Əliyev həmin guşələrlə tanış oldu.
Azərbaycanda hüquqi demokratik dövlət quruculuğubölməsində ulu öndərin ölkəmizdə qanunun aliliyi, insan hüquqlarının təminatı, dövlət quruculuğu istiqamətindəki fəaliyyəti ilə bağlı eksponatlar, o cümlədən Heydər Əliyevin müəllifi olduğu Konstitusiyanın hazırlanması ilə əlaqədar yaradılmış komissiyanın iclasındakı nitqlərindən parçalar, Azərbaycanda ölüm cəzasının ləğvi ilə bağlı fərmanı, imzaladığı qanunlar, sərəncamlar, habelə müxtəlif kitablar, jurnallar və digər materiallar nümayiş olunur.
İqtisadi inkişaf, bank-kredit sistemibölməsində ümummilli liderin respublikamızın iqtisadiyyatının inkişafı, özəl sektorun güclənməsi sahəsində gördüyü işlərə, aparılan islahatlara, sənaye obyektləri ilə tanışlığına dair fotoşəkillər, müxtəlif cədvəll
ər, Heydər Əliyevin iqtisadi sahədəki fəaliyyətinə həsr olunmuş kitablar, jurnallar toplanmışdır.
Əhalinin sosial müdafiəsi səhiyyə”, “Elm təhsilbölmələrində ulu öndərin insanların sosial təminatının gücləndirilməsi, əlillərə qayğı, səhiyyə, elm təhsilin inkişaf
ı ilə bağlı qəbul etdiyi qərarları, elm adamları ilə, xarici ölkələrdə təhsil alan gənclərlə görüşlərini əks etdirən eksponatlar diqqəti cəlb edir.
SərgininOrdu quruculuğubölməsində böyük dövlət xadimi Heydər Əliyevin hələ sovet dövründə Azərbaycana rəhbərlik etdiyi vaxtlarda hərbçi kadrların hazırlanması sahəsində gördüyü tədbirlərinə, C.Naxçıvanski adına hərbi liseyin, ali hərbi məktəblərin müdavimləri, əsgər zabitlərlə, o cümlədən ön xətdə düşmənlə üz-üzə dayanmış döyüşçülərlə görüşlərinə dair şəkillər vardır. Burada dahi liderin Azərbaycanda ordu quruculuğu ilə bağlı gördüyü işlərə həsr olunmuş kitablar da xüsusi maraq doğurur. Prezident İlham Əliyevə kitab hədiyyə olundu.
Ulu öndərin xarici səfərlərini, iştirak etdiyi beynəlxalq tədbirləri, eləcə Azərbaycanda təşkil olunmuş beynəlxalq konfransları, Heydər Əliyevin xaricdə yaşayan soydaşlarımıza diqqət qayğısını əks etdirən şəkillərBeynəlxalq münasibətlər diasporbölməsində toplanmışdır.
Milli təhlükəsizlik sistemibölməsində ulu öndərin Azərbaycanda təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi vaxtlarda otağındakı stol stul, habelə hərbi forması, vəsiqələri, xidmət dövründə təltif edildiyi fəxri fərman ordenləri, müstəqillik illərində bu sahənin inkişafı ilə bağlı gördüyü işlərə, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə keçirdiyi görüşlərə dair şəkillər, kitablar nümayiş olunur.
İdman, gənclər gender siyasətibölməsində xalqımızın dahi oğlunun Azərbaycanda bu istiqamətlərd
ə gördüyü işləri əks etdirən materiallar, habelə imzaladığı qanunlar, fərmanlar, sərəncamlar, idmançılarla, gənclərlə keçirdiyi görüşlərə dair şəkillər, kitablar maraq doğurur.
İnformasiya cəmiyyəti, nəqliyyat rabitəbölməsində görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana r
əhbərlik etdiyi dövrlərdə nəqliyyatın müxtəlif sahələrinin, rabitənin inkişafına informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində gördüyü işlərə dair şəkillər, imzaladığı fərman sərəncamlar, qanunlar, habelə müxtəlif kitablar, plakatlar, teleqüllənin maketi, Böyük İpək yolu haqqında film nümayiş etdirilir.
Azərbaycanda ilk mobil rabitə operatorunun fəaliyyətə başlaması ölkəmizdə ilk beynəlxalq stansiyanın açılışı münasibətilə keçirilmiş tədbirlərdə ümummilli lider Heydər Əliyevin istifadə etdiyi telefon aparatları, ulu öndərin akademik Zərifə xanım Əliyevanın 85 illik yubileyləri münasibətilə buraxılmış poçt markaları xüsusilə diqqəti cəlb edir.
Torpaq islahatı xəritəçəkməbölməsində ulu öndərin adı ilə bağlı olan torpaq islahatlarına dair materiallar, islahatın gedişini əks etdirən diaqram, şəkillər, qanunvericilik toplusu, torpaq tarix atlasları, 20 adda xəritələr, habelə Azərbaycanda uğurla həyata keçirilmiş torpaq islahatlarına həsr edilmiş kitablar toplanmışdır.
Ekologiya təbii sərvətlərbölməsində Azərbaycanda təcrübi üsulla ilk dəfə əldə edilmiş qızıl, ümummilli liderin sərəncamları ilə ölkəmizdə yaradılmış milli parklar qoruqlar, xüsusi mühafizə olunan ərazilər haqqında kitablar, Heydər Əliyevin müxtəlif vaxtlarda iməciliklərdə ağac əkməsini əks etdirən şəkillər nümayiş etdirilir. Burada Prezident İlham ƏliyevəAzərbaycanda xüsusi mühafizə olunan ərazilər” (“Protected areas in Azerbaijan”) kitabı hədiyyə edildi.
Kənd təsərrüfatıbölməsində ümummilli liderin ölkəmizdə aqrar sahənin, emal sənayesinin inkişafı istiqamətində gördüyü işləri əks etdirən müxtəlif materiallar, habelə kitablar, plakatlar vardır. Bu bölmədə Heydər Əliyevin Azərbaycanda kənd təsərrüfatı sahəsində həyata keçirdiyi islahatları əks etdirən eskponatlar böyük maraq doğurur.
Mədəniyyət incəsənətbölməsində ulu öndərin baxdığı teatr tamaşalarının afişaları, mədəniyyət incəsənət xadimləri ilə görüşlərini, mədəniyyət obyektlərinin tikintisini açılışını əks etdirən şəkillər, qədim xalça nümunələri, xalq çalğı alətləri, “Mədəniyyətqəzetinin ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş xüsusi nömrəsi Azərbaycan şairlərinin Heydər Əliyevə həsr etdikləri şeirlərdən ibarətGünəşə qovuşmaq istəyirəm mənkitabı nümayiş etdirilir.
Kitabın bir nüsxəsi Prezident İlham Əliyevə hədiyyə olundu.
Sərginin ən maraqlı guşələrindən olanNeft strategiyası enerji təhlükəsizliyibölməsində ulu öndərin müəllifi olduğu neft strategiyası ilə bağlı materiallar, o cümlədənƏsrin müqaviləsi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinə, “Şahdənizlayihəsinə, ümumiyyətlə Azərbaycanda neft sənayesinin inkişafı sahəsində gördüyü işlərə dair eksponatlar toplanmışdır. Bunlar sovet dövrü müstəqillik dövrü bölmələrində nümayiş etdirilir. Prezident İlham Əliyev burada Azərbaycanın neft strategiyasına həsr olunmuş filmdən bir parçaya baxdı.
SərgidəAzəriqaz” QSC, “Azərenerji” ASC AzərikimyaDövlət Şirkətinin fəaliyyəti ilə bağlı guşələr vardır.

 

Xalq qəzeti.- 2008.- 8 may.- S. 1.