Heydər Əliyev Fondu 1 İyunUşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirmişdir

 

Mayın 25- Maştağa Olimpiya-İdman Kompleksində Heydər Əliyev Fondunun, Azərbaycan Televiziya Radio Verilişləri QSC-nin “İNTV” media holdinqin birgə təşkilatçılığı ilə 1 İyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Təşkil olunmuşÇempionəyləncəli-idman oyunlarına Bakının bütün uşaq evləri internat məktlərindən təxminən 700 uşaq cəlb olunmuşdur.
Birinci yeri Nizami rayonundakı 1 nömrəli uşaq evinin, II yeri Əzizbəyov rayonunun Mərdəkan qəsəbəsindəki 2 nömrəli yetim valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbin, III yeri isə Xətai rayonundakı 3 nömrəli uşaq evinin yetirmələri tutmuşlar.
Tədbirin ikinci - bədii hissəsində qaliblər mükafatlandırılmış, geniş konsert proqramında uşaq kollektivləri ilə yanaşı, respublikamızın tanınmış müğənniləri çıxış etmişlər.

Xalq qəzeti.- 2008.- 27 may.- S. 3.