Bişkekdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü açılmışdır

 

Ölkəmizin Qırğızıstandakı səfirliyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü açılmışdır.
Təntənəli açılış mərasimində Qırğızıstan ictimaiyyətinin, Bişkekdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, məşhur yazıçı Çingiz Aytmatov və digər tanınmış ziyalılar iştirak etmişlər. Tədbiri açan Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev ümummilli lider Heydər Əliyevin Azərbaycan-Qırğızıstan münasibətlərinin inkişafında və möhkəmlənməsində xüsusi rolunu vurğulamışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin abidəsinin Bişkekdə ucaldılması Qırğızıstan və Azərbaycan arasında dostluğun rəmzidir.

Azərbaycan.- 2008.- 7 may.- S. 2.