Lütfəli Abdullayevin oynadığı musiqili film bərpa olunub

 

Ekran işi aktyorun yubileyində təqdim ediləcək

 

Mərhum aktyor Lütfəli Abdullayevin baş rolu ifa etdiyi "Payız konserti" adlı musiqili film bərpa olunub. 1962-ci ildə istehsal olunan ekran işi bir müddət sonra yararsız vəziyyətə düşüb. Filmin bərpa olunaraq üzə çıxarılmasına səy göstərən Dövlət Film Fondunun əməkdaşları "Kaspi" belə bir açıqlama verdilər: "Mayın ikinci ongünlüyündə Lütfəli Abdullayevin 95 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. Ekran işinin həmin gün nümayiş etdirilməsi nəzərdə tutulub". Öyrəndik ki, "Payız konserti"ndə Azərbaycanın görkəmli sənətkarları-Şövkət Ələkbərova, Müslüm Maqomayev, Əminə Dilbazi başqaları da çəkiliblər.

 

Kaspi.- 2008.- 15 may.- S. 16.