Firudin Şuşinskinin Sadıqcan haqqında tədqiqatları işıq üzü gördü


Azərbaycan dövlətinin Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin ən zəngin qollarından olan muğamlara möhtəşəm qayğı diqqətlə yanaşması cəmiyyətdə böyük məmnunluqla qarşılanır. Yaradıcı təşkilatlar, gənclər birlikləri, muzey arxivlər, kütləvi informasiya vasitələri bu istiqamətdə mühüm layihələr reallaşdırırlar. Azərbaycan musiqi tarixinin öyrənilməsində əvəzsiz xidmətləri olmuş əməkdar incəsənət xadimi, tədqiqatçı, musiqişünas, mərhum Firudin Şuşinskinin Sadıqcan haqqında topladığı materialların kitab şəklində ərsəyə gəlməsi həmin layihələrdən biridir.
Nazirlər Kabineti yanında Baş Arxivlər İdarəsi kollektivinin təşəbbüsü ilə çap edilən bu kitab bir neçə cəhətdən əhəmiyyətlidir. Əvvəla, oxucular bu kitab vasitəsiylə XIX əsrin ikinci yarısında Azərbaycan tarının atası kimi şöhrət qazanmış Sadıq Əsədulla oğlunun həyat yaradıcılığı ilə, tarın quruluşuna ifasına gətirdiyi yeniliklərlə tanış ola bilirlər. İkincisi, milli-musiqi sənətimizin yorulmaz tədqiqatçılarından olan Firudin Şuşinskinin böyük zəhmət axtarışlar nəticəsində topladığı qiymətli materialların kitab şəklində hazırlanması bir qədrşünaslıq nümunəsi kimi qiymətləndirilir. Üçüncüsü, adı çəkilən kollektiv dövlətin Heydər Əliyev Fondunun muğama göstərdiyi qayğıya özünəməxsus şəkildə töhfə ilə cavab verir.
Baş Arxivlər İdarəsinin rəisi, tarix elmləri namizədi Ataxan Paşayevin elmi məsləhəti, Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat İncəsənət Arxivinin direktoru Maarif Teymurun redaktəsi ilə hazırlanan kitabda xalq musiqimizin yorulmaz tədqiqatçısı olmuş Firudin Şuşinski haqqında əhatəli məlumat verilməklə yanaşı onun qələmə aldığı Azərbaycan tarının atası, Sadıqcanın şagirdləri, Tarın sabahını düşünərkən adlı qiymətli materiallar toplanmışdır. Kitabı tərtib edən nəşrə hazırlayan Aslan Kənan (Ədəbiyyat İncəsənət Arxivinin şöbə müdiridir) ön sözdə yazır: Firudin Şuşinski üçün aşkarlanması mümkün olmayan heç yox idi. O, nəyin bahasına olursa- olsun, öz inadkarlığı fenomen düşüncəsi ilə günlərlə, aylarla, bəzən illərlə axtarışlar aparmağa özündə güc tapırdı. Firudin Şuşinskinin Azərbaycan tarının atası adlı məqaləsində isə oxuyuruq: Tarın quruluşunda etdiyi yeniliklərlə Sadıq tarın ifaçılıq texnikasını yüksək bir mərhələyə qaldırdı. Beləliklə, tar ifaçılıq sənətində bir musiqi aləti kimi daha mühüm rol oynamağa başladı. Təsadüfi deyildir ki, onun tarını xalq sehirli tar", Sadığı isə Tarın atası hesab etmişdir. Bülbül yazır ki, köhnə İran tarı gözəl musiqiçi Sadıqcan tərəfindən təkmilləşdirildikdən sonra onda çalınan havalar daha rəngarəng səslənməklə əsl xalq çalğı alətinə çevrildi.
Beləliklə, Azərnəşr işıq üzü görmüş Sadıqcan kitabı Firudin Şuşinskinin sağlığında nəşr etdirdiyi Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski, Azərbaycan xalq musiqiçiləri (bu kitab rus dilində nəşr edilmişdir), Musiqişünasın düşüncələri Şuşa kitablarından sonra oxucularla növbəti görüşdür. 400-dən çox məqalə oçerkin müəllifi olan Firudin Şuşinskinin tədqiqatları hələ dönə-dönə işıq üzü görəcəkdir.

 

Azərbaycan.- 2008.- 24 may.- S. 6.