Yusifova S.

 

Bəstəkar Adilə Yusifovanın müəllif konserti keçirilib


Almaniya-Azərbaycan Mədəniyyəti Mərkəzində Bəstəkarlar İttifaqının təşkilati dəstəyi ilə sənətşünaslıq namizədi, Bakı Musiqi Akademiyasının dosenti, bəstəkar Adilə Yusifovanın konserti onun iki diskdən ibarət musiqi albomunun təqdimatı olub. Mərasimdə A.Yusifovanın atası, tanınmış musiqiçi Niyazi Kərimovla birlikdə yazdığı "Azərbaycanda musiqi təhsilinin tarixi" "Azərbaycan melodiyalarının işlənməsi aranjirovkası" kitablarının təqdimatı olub.

   "Adilə Yusifovanın musiqi dünyası" adlanan konsert onun yaradıcılığının üç əsas istiqamətini - bəstəkarlıq, müəllimlik tədqiqatçılıqla bağlı işlərini əhatə edib. A.Yusifovanın "Milli naxışlar" adlanan diskində bəstəkarın müxtəlif illərdə bəstələdiyi kamera-instrumental vokal əsərləri yer verilib.

   Tədbirdə professor Tərlan Seyidov, şair Rəna Mirzəyeva, sənətşünaslıq namizədi Cəmilə Həsənova A.Yusifovanın yaradıcılığından söz açıblar.

   Konsertdə əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Triosu, Opera Balet Teatrının solistləri Fəridə Məmmədova, Fərid Əliyev digər iştirakçıların ifasında bəstəkarın "Paralellər", "Req-Taym ruhunda" əsərləri, "Milli naxışlar" silsiləsindən fortepiano üçün pyesləri, mahnıları səsləndirilib.

 

525-ci qəzet.- 2008.- 16 may.- S. 7.