YUNESKO-nun regional konfransının iştirakçıları Azərbaycan Dövlət Rəqs Ansamblının konsertində olmuşlar

 

YUNESKO-nun Bakıda keçirilən "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış: tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda regional konfransı iştirakçılarının bir qrupu mayın 15-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dövlət Rəqs Ansamblının konsertində olmuşdur.
Ansamblın ifasında "Odlar yurdu", "Sarı gəlin", "Nəlbəki", "Yallı", "İgidlər" və digər rəqslər alqışlarla qarşılanmışdır.

 

Azərbaycan.- 2008.- 16 may.- S. 4.