Miniatür albom-kitab buraxılmışdır

 

Məşhur rəssam Tahir Salahovun 260 rəngli illüstrasiyasından və 73 qrafik əsərindən ibarət miniatür albom-kitab buraxılmışdır. Nəşri dünyada yeganə miniatür kitab muzeyinin yaradıcısı Zərifə Salahova dünya şöhrətli qardaşının 80 illik yubileyi münasibətilə hazırlamışdır.

Böyük məhəbbət və incə zövqlə Azərbaycan, rus və ingilis dillərində hazırlanmış 3 miniatür cilddə rəssamın yaradıcılığının novator cəhətlərini üzə çıxaran ən yaxşı rəsmlər toplanmışdır.

Zərifə xanım kitaba Tahir Salahovun bioqrafiyasından faktları əks etdirən vərəq əlavə etmişdir. Şübhəsiz ki, Zərifə xanımın qardaşından gizli hazırladığı nəfis tərtibatlı bu kitab rəssamın yubileyinə dəyərli hədiyyə olacaqdır.

 

Azərbaycan.- 2008.- 26 noyabr.- S. 7.