Quliyeva Z.

 

Yanıqlı səs və kövrək sözün təqdimatı

 

Çağdaş musiqi mədəniyyətimizin görkəmli ustalarından, muğam və xalq mahnılarının məharətli ifaçılarından biri olan əməkdar artist Yaqut Abdullayeva 35 ilə yaxındır ki, professional səhnədədir. Bu müddət ərzində Yaqut xanım bir sıra xarici ölkələrdə - Almaniya, Polşa, Macarıstan, Bolqarıstan, Türkiyə başqa dövlətlərdə Azərbaycan mədəniyyətini yüksək səviyyədə təmsil edib. Eləcə respublikamızın ərazi bütövlüyü erməni təcavüzünə məruz qaldığı gündən dəfələrlə cəbhə bölgələrində olub, əsgərlərimiz qarşısında vətənpərvərlik nəğmələri ilə onları qələbəyə səsləyib.

 

Azərbaycan.- 2008.- 1 noyabr.- S. 8.