Raymond Pauls:  Müslüm Maqomayevin həyatdan getməsi əvəzsiz itkidir

 

Zəmanəmizin böyük müğənnisi, əfsanəvi Müslüm Maqomayevin vaxtsız ölümü heç kimi biganə qoymamışdır. Bu əvəzsiz itki bütün dünyada bir çox insanların qəlbini göynətdi. Müğənni ilə şəxsən tanış olanlarla yanaşı, onun yalnız yaradıcılığını yaxşı bilənlər öz hisslərini ifadə edirlər.

Latviyadakı həmkarlarımızdan AzərTAc-a məlumat daxil olmuşdur. Tanınmış bəstəkar Raymond Pauls LETA informasiya agentliyinə müsahibəsində dahi həmvətənimiz barədə ürək sözlərini söyləmişdir. Maestro demişdir: "Sovet estradasının əfsanəvi müğənnisi Müslüm Maqomayev gözəl səsi olan çox istedadlı artist idi. Təəssüf ki, müğənni ilə şəxsən tanış deyildim, lakin onun populyarlığının miqyası mənə yaxşı tanışdır. Vaxtilə Mərkəzi televiziyada heç bir musiqili proqram Maqomayevsiz olmurdu. Onun həyatdan getməsi əvəzsiz itkidir".

 

Azərbaycan.- 2008.- 29 oktyabr.- S. 4.