Sia

 

“Bakı gecələri” estrada mahnı müsabiqəsinin ikinci konserti keçirilib

 

Dünən Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Bakı gecələri" adlı estrada mahnı müsabiqəsinin ikinci konserti keçirilib. Müsabiqə Mədəniyyət Turizm Nazirliyi Bakı şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin "Space" telekanalının birgə təşkilatçılığı ilə baş tutub. Müsabiqəyə iştirakçı qismində 22 müğənni qatılıb.

Həmin müğənnilər arasında xalq artisti Nazpəri Dostəliyeva, əməkdar artistlər Gülüstan Əliyeva, Ədalət Şükürov, Xanım Qafarova, Emil Bədəlov, Qismət Məmmədzadə, Elton Hüseynəliyev, "Azəri star" müsabiqəsinin iştirakçıları Cavid Qafarov, Yeganə Dünyamalıyeva, "Yeni ulduz" müsabiqəsinin iştirakçısı Sevinc Musayeva, İlkin Əhmədov, Ayaz Qasımov, Nadir Qafarzadə, Seymur Tağıyev, Rüfət Axundov, Sədaqət Quliyeva, Emin Nəsirli, Lalə Məmmədova, Amil Məmmədov, Nurlan Əzizbəyli, Tamella Babayeva, Kərim Abbasov öz ifaları ilə müsabiqədə mübarizə aparırlar. Mahnıları yeddi nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirir. Münsiflər heyətində Eldar Mansurov, Natəvan Şeyxova, Qulu Ağsəs, Mənzər Nurəliyeva, Mübariz Tağıyev, Bəxtiyar Xanızadə Azad Şükürov təmsil olunur. İkinci mərhələnin üçüncü konserti noyabr ayının son ongünlüyündə keçiriləcək. Müsabiqənin qala konserti qaliblərin mükafatlandırılması isə dekabrda Heydər Əliyev Sarayında olacaq.

 

Səs.- 2008.- 25 oktyabr.- S. 16.