Rafiqqızı N.

Bir otağa sığan dünya      

Əməkdar artist Sadıq İbrahimov: «Sənətkara yüksək qiymət verilsə, sənət daim yaşayar»

       Həyat şıltaq dəniz kimidir. İnsanı qoynunda çoõ atıb-tutur. Bəzən güclü tufana, qasırğaya da salır. Əməkdar artist Sadıq İbrahimov da həyatın çoõ sınaqları ilə üz-üzə gəlib. Hər zaman qalib gəlsə , ona qarşı edilən haqsızlıqlara  görə çoõ üzülüb. Lakin yenə ümidini üzməyib qaynar yaradıcılıq həvəsi ilə sənətini davam etdirirBu gün Sadıq İbrahimovun qəlbində poetik duyğular, bəşəri bir ilham olduğu üçün bu sənətə möhkəm tellərlə bağlanıb. Çoõ vaõt həyat insana qəlbindən keçənləri vaõtında qismət etmir. İncidir, ürəyini çəkir, tamam əldən salır. O vaõt bəõş edir ki, insan bunu artıq istəmir. Ya da bu istəklər insan üçün adiləşir. Sadıq müəllimlə çoõ problemləri çözələməyə çalışdım. Məndən asılı olsaydı, 47 ildir ki, ömrünü sənət bağlayan aktyorun teatr üçün çəkdiyi zəhməti əvəzsiz qoymazdım. Lakin əlimdən gəlir ki? Əsil sənətkar o sənətkardır ki, özü üçün deyil, õalq üçün yaşayır. Onun ən böyük mükafatı da insanların ona olan məhəbbətidir. Sadıq İbrahimov da belələrindəndir. Sadıq Əlabbas oğlu İbrahimov- 1945-ci il  dekabrın 23- Bakıda dünyaya gəlib. M.Ə.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram kino aktyorluğu fakultəsini bitirib 1970-ci ildən təyinatla Akademik Milli Dram Teatrında çalışır.  1961-ci ildə Dram Teatrının səhnəsində «Şadlıq sorağında» (V.Rozov) tamaşası ilə səhnəyə gələn S.İbrahimov teatrda çalışdığı dövrdə İ.Əfəndiyevin «Mahnı dağlarda qaldı», «Unuda bilmirəm», «Sevgililərin cəhənnəmdəki vüsalı» (Qüdrət, İsmayıl, Ədhəm), M.F.Aõundovun «Õırs quldurbasan», «Lənkəran õanının vəziri» (Bayram, õan), Ú.Úabbarlının «Solğun çiçəklər» (Bəhram), S.Vurğunun «İnsan» (Alman zabiti) s. tamaşalarda rəngarəng obrazlar yaradıb.   «Ömrün ilk anı», «Qatır Məmməd» bədii filmlərində çəkilən aktyor otuzdan çoõ televiziya tamaşasında iştirak edib. Onların arasında «Mehmanõana sahibəsi» (Fabrisio), «Qatır Məmməd» (Əziz), «Ac həriflər» (Lətif) s. tamaşalarda ifa etdiyi rolları daha diqqətəlayiqdir. Teatr Õadimləri İttifaqının Yazıçılar Birliyinin üzvü olan Sadıq İbrahimov bədii yaradıcılıqla da məşğul olur. Onun «Gözlə məni» (1984), «Nənəm nağıl söyləyir» (1987), «Noğulbalanın sərgüzəştləri» (1991), «Õatirələr qoynunda» adlı kitabların müəllifidir. - Sadıq müəllim, istəyərdim söhbətimizə bu sənətə gəlişinizdən başlayaq.  -Səhnə fəaliyyətimə Akademik Milli Dram Teatrının səhnəsindən başlamışam. 1961-ci ilin dekabrında teatrda «Namus» əsərinin məşqləri gedirdi. Õalq artisti Ələsgər Ələkbərov Barõudar rolunu, mən isə Seyranın uşaqlıq illərini oynayırdım. O zaman mənim on beş yaşım vardı. Evlərin uçqunu zamanı mən yaralanan uşaqlardan biri idim. Əynimdə don, başım sarıqlı idi. Həmin illərdə Akademik Dram Teatrında oynadığım rollar bir mənim üçün ona görə yaddaqalandır ki, mən o zaman səhnəmizin ən qüdrətli sənətkarları - Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Fatma Qədri, Əlağa Ağayev, Ağadadaş Qurbanov, Hökumə Qurbanova, Leyla Bədirbəyli kimi sənətkarlarla bir yerdə çiyin-çiyinə çalışmış, tərəf müqabili olmuşam. O dövrdə teatrda qruplaşma yoõ idi. Dramaturyi material zəif deyildi. Mehdi Məmmədov, Ələsgər Şərifov, Tofiq Kazımov, Əşrəf Quliyev kimi reyissorların səhnələşdirdiyi əsərlərdə õtəlif õarakterli obrazlar yaratmışam. Lakin bu gün rol bölgüsündə aktyorun potensialı nəzərə alınmır.  - Sadıq müəllim, sizə qarşı olan haqsızlıqlara görə sənətdən küsüb incidiyiniz, teatrdan uzaqlaşmaq istədiyiniz anlarınız olub? - Düzünü deyim ki, bu hisslər son vaõtlar məndə yaranıb. Mən baõıb görürəm ki,  5-6 ildir sənətə gələn aktyorlar õri ad da, ev , mükafat da alırlar. Lakin 47 ildir ki, teatrda çalışıram, bir dəfə olsun ev, mükafat almamışam. Mən lazım olan təşkilata müraciət etdim. Dedilər ki, narahat olma, adın bilgisayarda õalq artistinə namizəd olan iki nəfərin adı ilə bir sıradadır. Həmin o iki nəfər õalq artisti õri adı, mükafat aldı, mən isə kənarda qaldım. Heç bilgisayarda adları olmayanlar da istəklərinə nail oldular. Bunların hansı münasibətdən irəli gəlməsini bilmirəm. Mən 16 kvadratmetrlik birotaqlı evdə yaşayıram. Şəraitim yoõdur. Elə aktyor-aktrisa var ki, 3 otaqlı super təmirli evdə yaşayır, hələ əlavə ev ona təqdim edilir. Mənim hes kəsə qarşı paõıllığım yoõdur. 1961-ci ildən sənətdəyəm. İndi «Ölülər» Hacı Baõşəli, «Õurşidbanu Natəvan»da Hidayət õan, «Uçqun»da baş hakimi, «Messenat»da yaradıcılıq həvəsim emosiyamla baş rollar oynayıram. Bu gün məmurlar, vəzifəli şəõslər dəfələrlə bizim teatrın tamaşalarına baõırlar. Mənim ünvanıma tamaşadan sonra õ sözlər söyləyirlər. Hər biri vəd verir ki, yaõşı olacaq. Hansı aktyor 47 il Akademik Dram Teatrında işləyib, amma hələ əməkdar artist qalıb? Mən istəməzdim ki, sənət məhv olsun. Sənətkara yüksək qiymət verilsə, sənət daim yaşayar.  - õtəlif səpkili obrazlar yaratmısınız. Sizin üçün hansı daha çətindir, mənfi õarakter yaratmaq, yoõsa müsbət? - Sənət müəllimim rəhmətlik Rza Təhmasib hər zaman tələbələrinə deyərdi ki, aktyorun baõ, burda (ürəyini göstərirdi) düyməsi var. Onu basdınmı, işə düşməlidir. Bütün diqqətini, fikrini yaratdığı obraza yönəltməlidir. Mənim üçün heç bir rolun fərqi yoõdur, əsas o rolu bütün qəlbimlə təbii, olduğu kimi tamaşaçıya çatdıra bilməyimdir. 1966-70-ci illərdə İncəsənət İnstitutunda- Adil İskəndərov, Ələsgər Ələkbərov, Zəfər Nemətov, Nəsir Sadıqzdə, õlis Úənizadə başqa bir sıra professional sənət õadimlərindən dərs almışam. Aktyor kimi yetişməyimdə onların rolu əvəzsizdir. Amma indiki dövrdə bəzi gənc aktyorlar daha çoõ şouya meyl göstərir, şit-şit zarafatlar, parodiyalar göstərirlər.  Belə çıõışlarla tamaşaçının zövqünü oõşamaqdansa, onları özlərindən uzaqlaşdırırlar.  -  Sadıq müəllim, sizin həm bir çoõ kitablarınız işıq üzü görüb. Hazırda hansı kitab  üzərində işləyirsiniz? - Mənim sonuncu işıq üzü görən «Õatirələr qoynunda» adlı kitabım vaõtilə bir yerdə çalışdığım,  həmişə ünsiyyətdə olduğum sənətkarlarla bağlı õatirələrdən bəhs edir. Hazır materiallarım çoõdur. Lakin onları kitab halına salmağa madd imkanım yol vermir. Bir otaqlı mənzilimdə yazıb-yaratmağa şəraitim yoõdur. 16 kv.metrlik bir otaqda necə yazıb-yarada bilərəm? Yeməyim , yatmağım da, yaradıcılıqla məşğul olmağım da bir otağın içindədir. Ən böyük arzum özümün şəõsi yaradıcılıq emalatõanamın olmasıdır.

Olaylar.- 2008.- 24 oktyabr.- S. 15.