Beynəlxalq sirk festivalında həmyerlimiz iştirak edir

 

Böyük Moskva Sirkində keçirilən "Zolotoy buf" beynəlxalq sirk festivalında Azərbaycan da təmsil olunur. Bu barədə "Kaspi" məlumat verən Bakı Dövlət Sirkinin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətov deyib ki, artıq festivalın I turu başa çatıb. Bakı Dövlət Sirkini festivalda hava gimnastı Allahverdi İsrafilov təmsil edir. M.Hümbətovun sözlərinə görə, turda həmyerlimiz yüksək səslə növbəti tura vəsiqə qazanıb. Dünyanın bütün sirk ölkələrinin təmsil olunduğu festivalın final mərhələsi bu ilin dekabrında keçiriləcək. Bu turların tamaşaçı səsi əsasında keçirildiyini qeyd edən mətbuat xidmətinin rəhbəri sirk ustalarının münsiflər heyəti tərəfindən dekabrda seçiləcəyini deyib. Fetsivalın müəllifi reyissoru Moskva Dövlət Sirkinin departament direktoru, həmyerlimiz Murad Abdullayevdir.

 

Kaspi.- 2008.- 23 sentyabr.- S. 15.