Qara Qarayevin anadan olmasın 90 illik yubileyinin keçirilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin "Qara Qarayevin 90 illik yubileyi haqqında" 2007-ci il 19 dekabr tarixli 2562 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə

 

1.  Azərbaycanın dahi bəstəkarı, görkəmli alim-pedaqoq, ictimai xadim, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət Mükafatları Laureatı, akademik Qara Əbülfəz oğlu Qarayevin anadan olmasının 90 illik yubileyinin keçirilməsinə dair nazirliyin tədbirlər planı təsdiq edilsin.

2.  Naxçıvan MR təhsil naziri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil İdarəsinin, rayon (şəhər) təhsil şöbələrinin müdirləri, ali, orta ixtisas, texniki peşə təhsili müəssisələrinin rəhbərləri tədbirlər planının icrasını təmin etsinlər.

3.   İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmr tədbirlər planının "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını təmin etsin.

4.  Ümumi şöbənin müdiri (İ.Mirzəyev) əmr tədbirlər plaınnın çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.

5.  Əmrin icrasına nəzarət nazir müavini E.Qasımova tapşırılsm.

 

Əmr edirəm: Təhsil naziri: Misir Mərdanov

 

Azərbaycan müəllimi.- 2008.- 25 yanvar.- S. 1.