Salmanov R.

 

Onun gözəl ürəyi var

 

"Onun güclü biləyi, iti barmaqları, ən başlıcası isə gözəl ürəyi var". Dahi bəstəkar Üzeyir Hacıbəyovun vaxtilə 16 yaşlı gənc tarzən Firudin Ələkbərov haqqında dediyi bu sözləri 20 ildən sonra görkəmli bəstəkarımız Fikrət Əmirov da bir daha təsdiqləmişdir. Bu günlərdə gözəl ifaçılıq məharətinə malik ustad tarzən, respublikanın əməkdar artisti, Prezident təqaüdçüsü Firudin Ələkbərovun anadan olmasının 85 ili tamam olur.
Ömrünün 70 ilini tar sənətinin inkişafı təbliğinə həsr etmiş sənət
çi yaşının bu vədəsində sevdiyi peşədən ayrılmayıb, bilik bacarığını gənc nəslə həvəslə öyrədir. Boş vaxtlarında isə imkan tapan kimi filarmoniyanın yanındakı bağa gəlir, Vahid poeziya evində sənət dostları ilə görüşüb olan-keçənləri bir xoş xatirə tək yada salır, sənət naminə yaşanmış bu ömrün hədər getmədiyini görüncə ürəyində qürur hissi keçirir.
Hər dəfə sənətdən söz düşəndə, Mən Üzeyir bəyi görmüşəm, Bülbülü, Xan əmini, Rübabə Muradovanı, Əbülfət Əliyevi müşayiət etmişəm, deyir. Doğrudan da, Firudin müəllim ölkəmizin, demək olar ki, bütün tanınmış müğənnilərini müşayiət edib. Dünyanın bir çox ölkələrində milli musiqi nümunələrimizi layiqincə təmsil edib. Həyatının ən gözəl, yaddaqalan, şirin məqamları da məhz adları incəsənət tariximizə qızıl hərflərlə yazılan sənətçilərlə birgə çalışmağındadır. Muğam sənətindən söz düşəndə isə o deyir: Əgər ötən əsrin əvvəllərindən bizə gəlib çatan Cabbar Qaryağdı oğlunun, İslam Abdullayevin, Keçəçi oğlu Məhəmmədin, Məcid Behbudovun, Malıbəyli Həmidin bir neçə valları olubsa, bu gün artıq qızıl səs xəzinəmizdə neçə-neçə ustad xanəndənin saysız-hesabsız müğam dəsgahları gələcək nəsillər üçün qorunub saxlanır. Muğam sənətimiz bu gün, demək olar ki, daha da inkişaf edib, xalq tərəfindən daha çox sevilərək geniş təşəkkül tapıb. Sevindirici haldır ki, muğam sənətinə bu gün dövlət səviyyəsində qayğı var. Mədəniyyətimizin hamisi, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın qayğısı ilə işıq üzü görmüş Qarabağ xanəndələri" albomu, Muğam-2005, Muğam-2007 televiziya müsabiqələri, gənc istedadlara, yaşlı nəslin incəsənət ustalarına göstərdiyi diqqət qayğı deyilənlərin ən bariz nümunəsidir.
...Ustad tarzənin evdə olduğunu tarın səsindən bildim. Özünəməxsus ifa tərzi improvizələrlə çaldığı Orta mahur muğamı digər sənətçilərin ifasından seçilirdi. Muğamın son akkordunu vuranacan zəngin düyməsini basmadım. Bu gözəl ifanı kəsmək istəmədim. Daha doğrusu, onu öz aləmindən ayırmağı qıymadım...
1922-ci ildə Gəncə şəhərində anadan olan Firudin Ələkbərov erkən yaşlarından musiqiyə, xüsusən tar sənətinə böyük maraq göstərmişdir. Ona bu hissi aşılayan isə böyük qardaşı Turqut olmuşdur. Gəncə şəhər pionerlər evində tar dərnəyində məşğul olan Turqut balaca Firudini tez-tez özü ilə dərsə aparır. Uşağın tara olan həvəsini musiqi duyumunu görüncə tar müəllimi gələcək dərslərə Turqutun əvəzinə Firudinin gəlməsini valideynlərindən xahiş edir. Çox çəkmir ki, Firudin istedadı qabiliyyətilə hamının diqqətini özünə cəlb edir, istedadlı tarzən kimi tanınır. Pionerlər evinin xalq çalğı alətləri orkestrinin rəhbəri M.Mehdiyev gənc tarzəni öz orkestrinə konsertmeystr dəvət edir. 15-16 yaşlı gənc tarzən üçün təklif gözlənilməz olsa da, bu kollektivdə çalışmaq onun çoxdankı arzusu idi. Günü-gündən sənətdə püxtələşən Firudin Ələkbərov az müddətdən sonra, 1938-ci ildə Gəncə filarmoniyasının orkestrinə solist kimi dəvət olunur. Orkestrin rəhbərləri Mobil Qədimov, sonralar isə Zarif Qaibov gənc tarzənin özünə qarşı tələbkarlığını, ürəyəyatımlı şirin ifasını görüncə onu tez-tez orkestr üzvlərinə nümunə çəkər, bilmədiklərini Firudindən öyrənməyi tövsiyə edərdilər. Bir il sonra Firudin Ələkbərov orkestrə rəhbər seçilir. 16 yaşlı gənc tarzən ansamblın üzvləri, öz məlahətli səsi ilə hamının rəğbətini qazanmış Musa Şuşinski, Səmayə Mirzəyeva, Nəzakət Məmmədova digər müğənnilərlə doğma respublikamı qarış-qarış gəzərək saysız-hesabsız konserlər verir.
1941-ci ildə Böyük Vətən Müharibəsi başlanan gündən Firudin Ələkbərov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Əbülfət Əliyev, Şövkət Ələkbərova, Sara Qədimova dövr
ün digər ən tanınmış incəsənət xadimlərilə birgə hərbi hospital hissələrdə olur, igid döyüşçülərimizdə vətənpərvərlik hissi aşılayan mahnılarla çıxış edir. Müharibənin davam etdiyi illərdə Firudin Ələkbərov iki minə yaxın konsertdə çıxış etmişdir. Arxa cəbhədəki fədakar əməyinə görə medalla təltif olunmuşdur.
1946- ildə Bülbül Gəncəyə növbəti qastrol səfərində böyük təkiddən sonra Firudin Ələkbərovu özüylə Bakıya aparmağa müvəffəq olur.
O dövr filarmoniyanın direktoru işləyən Zeynal Xəlilə Firudini təqdim edən Bülbül gözəl tar çalmağı var deyir. Gənc tarzənin ifa etdiyi Çahargah muğamı maestro Niyazinin Üzeyir bəyin çox xoşuna gəlir. Üzeyir bəyin rəyi Firudin Ələkbərovun həyatında çox önəmli rol oynayır. Azərbaycan Dövlət Filarmoniyasına solist kimi işə qəbul edilən Firudin Ələkbərov musiqi savadını artırmağı da unutmur. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində Adil Gəray, Əhməd Bakıxanov Səid Rüstəmovdan dərs alaraq tar sənətinin incəliklərinə daha dərindən yiyələnir. İşlədiyi müddətdə SSRİ-nin əksər respublikalarında qastrol səfərlərində olur. Moskvada keçirilən festival incəsənət ongünlüyünün iştirakçısı olur. Sara Qədimova, Əbülfət Əliyev, Fatma Mehrəliyeva kimi tanınmış incəsənət ustalarımızı böyük məharətlə müşayiət edir. O dövrün ən populyar qəzeti olan İzvestiya Azərbaycan dekadasının solistləri başlığı altında geniş məqalə gənc tarzən Firudin Ələkbərovun şəklini dərc edir.
1978-ci ildən, Azərbaycan Konsert Birliyi yaranan gündən filarmoniyanın əksər işçiləri kimi Firudin Ələkbərov
da bir solist olaraq bu birliyə daxil olur. Zəngin yaradıcılıq yolu keçmiş Firudin Ələkbərovun ifasında bu gün radionun qızıl fondunda Çahargah, Orta Mahur, Bayatı-Şiraz, Şur, Segah, Çoban bayatı, Mahur-Hindi onlarca xalq həstəkar havaları qorunub saxlanır. Azərbaycan milli musiqi ifaçılığının layiqli nümayəndəsi Firudin Ələkbərov milli musiqimizin təbliği tərəqqisində göstərdiyi xidmətlərinə görə 1989-cu ildə respublikanın əməkdar artisti adına layiq görülür.
85 yaşlı ustad tarzənin iti barmaqlarından, güclü bil
əyindən az-çox nişanə qalsa da, zahiri görünüşündən, əvvəlki qədd-qamətindən, şəvə tək gur qara saçlarından əsər-əlamət yoxdur. Əvəzində daim yol çəkən dumanlanmış gözləri, həmişə qayğılı görünən pərişan çöhrəsi, bir ağarmış saçları var. Tək dəyişməyən isə daim yaradıcılıq eşqilə döyünən qəlbi, sevimli tara olan sonsuz məhəbbətidir.

 

Xalq qəzeti.- 2008.- 29 yanvar.- S. 4.