Qadir T.

Mədəniyyət və Turizm Nazirliyi hesabat verdi

Əbülfəs Qarayev: Jurnalistlərin fəaliyyəti ictimaiyyətin mədəniyyət turizmə marağını artırıb

Mədəniyyət Turizm Nazirliyinin yaranmasının iki ili tamam olur. Bu münasibətlə nazirlik dünən Park İnn otelində iki ilik hesabat tədbiri keçirib. Nazir Əbülfəs Qarayev ötən iki il ərzində daha çox ictimaiyyətin informasiya daşıyıcısı vəzifəsini yerinə yetirən  mətbu orqanlar ilə əlaqələrini möhkəmləndirilməsinə çalışıldığını önə çəkdi. Əgər yazılı elektron KİV-lər fəaliyyətimizi izləyib işıqlandırmasaydılar, apardığımız istiqaməti dəstəkləməsəydilər ictimaiyyətin diqqət mərkəzində ola bilməzdik. Jurnalistlərin mədəniyyət sahəsinə olan ədalətli, bəzən tənqidi baxışları ictimaiyyətin bu sahəyə olan marağını daha da artırıb.

Ə.Qarayev nazirliyin ötən müddət ərzində prioritetlərin həyata keçirilməsi istiqamətində apardığını diqqətə çatdırdı: Fəaliyyətimizi işıqlandıran jurnalistlərin qaldırdıqları problemlərin həllinə çalışmışıq. qədər nail olduğumuz göz önündədir problemlərin həllində vəhdət təşkil etməyimiz ümumi işin xeyrinə olub deyə bilərik. Azərbaycanın vahid mədəniyyət siyasətinin formalaşdırılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən dövrdə apardığımız hər bir işdə dövlətimizin dəstəyini hiss etmişik. Ölkə başçısının imzaladığı sərəncamlar sırasında mədəniyyət sahəsinin xüsusi yerə malik olması bizləri daha əzmlə çalışmağa sövq edir. Ölkə başçısının iki il ərzində mədəniyyətin bütün sahələrini özündə birləşdirən tövsiyə sərəncamları bizləri ruhlandırmaqla yanaşı məsuliyyətimizi artırır. Ortaya qoyduğumuz işin nəticəsi ilə bağlı dəyərləndirməni isə ictiamiyyət özü verməlidir. Mədəniyyət sözü geniş ospektli anlamı özündə ehtiva edir. Mədəniyyət təkcə bu adı daşıyan nazirliyin hududları ilə məhdudlanmır. Keçən zaman müddətində demokratik prinsiplərin tələblərinə uyğun olaraq məsuliyyəti nazirliyin tabeçiliyində olan mədəniyyət müəssisə mərkəzlərinin öhdəsinə buraxmışıq. Muzey işinin inkişafı, turizm sahəsinin genişləndirilməsi tarixi mədəniyyət abidələrinin qorunub saxlanılması istiqamətində işlər görməyə çalışmışıq. Mədəniyyət sahəsində çalışan insanların maddi problemlərinin həllinə çalışırıq. Onların yüksək maaşla təmin olunmasında biz maraqlıyıq. Bu sahədə çalışan insanların yeni mühitə uyğunlaşdırılması müasir texnologiyalardan yararlanması yönündə kadr dəyişikliyi etmədən fəaliyyət qurulub. Fəaliyyətimiz çərçivəsində isə daha çox gənclərə diqqət ayırmağa üstünlük veririk.

Göstərilən önəm sayəsində yeni istedadların meydana çıxdığını bildirən nazir bu kontekstdə adət-ənənələrimizin diqqətdən kənarda qalmadığını bildirdi. Onun sözlərinə görə, nazirlik hər zaman milli-mənəvi dəyərləri qoruyaraq, müasirliyə doğru addımlamağa üstünlük verib: Azərbaycanın imicini ölkəmizdən kənarda da qorumağa çalışmışıq. Artıq bu günlərdə İngiltərənin SNN telekanalında Azərbaycan turizminin inkişafı ilə bağlı reklam çarxları nümayiş etdiriləcək. İş prinsipimizdə üstünlük verdiyimiz məqamlardan biri Azərbaycanı beynəlxalq tədbirlərin mərkəzinə çevirməkdir. Fəxr olunası haldır ki, klassik musiqi nümunələrimiz muğamlarımız dünyanın bir çox ölkələrində sevilir.

Ötən ildə ən böyük uğurun Qobustan dövlət qoruğunun YUNESCO-nun Dünya İrsi siyahısına düşməsi olduğunu söyləyən Ə.Qarayev qurumun böyük xalça ustası Lətif Kərimovun 100 illiyi ilə bağlı tədbirlər keçirdiyini önə çəkdi. Nazir bu il ərzində isə Leyli Məcnun operasının Mircəlal Paşayevin 100 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcəyini diqqətə çatdırdı.

Turizmin inkişafı istiqamətində son iki ildə müsbət addımlar atıldığını vurğulayan Ə.Qarayev bu dövr ərzində 60-a yaxın mehmanxananın tikilib istifadəyə verildiyini önə çəkdi. Hər il ölkəyə gələn turistlərin sayının 11 faiz artdığını söyləyən nazir Mədəniyyət Turizm Nazirliyinin təşəbbüsü ilə yaradılan Turizm İnstitutunun ötən il TQDK-nın reytinqinin nəticəsinə əsasən tələbə axını üzrə 3-cü yeri tutduğunu dedi: Digər tərəfdən fevral ayının 5- dahi bəstəkar Qara Qarayevin 90 illiyi ilə əlaqədar Dövlət Filarmoniyasında tədbir keçirilməsi nəzərdə tutulub. Bəstəkarın yubileyi Qırğızıstanın paytaxtı Bişkek şəhərində qeyd olunacaq. Bu il Qara Qarayevin əsərlərindən ibarət disklərin hazırlanması da nəzərdə tutulur.

Hazırda təmirdə olan Heydər Əliyev adına Sarayda işlərlə bağlı məlumat verən Ə.Qarayev sarayın tikintisinin iyun ayının sonlarına kimi yekunlaşacağını bildirib: Yenidənqurma işləri yekunlaşdıqdan sonra sarayda dünya standartlarına cavab verəcək avadanlıqların quraşdırılmasına başlanılacaq. Sarayda müxtəlif istiqamətdə yaradıcılıq tədbirlərinin keçirilməsi nəzərdə tutulduğundan akustikanın gücünə daha çox önəm veriləcək.

Nazir bərpa olunan teatrlarda da texniki avadanlıqların yenilənəcəyini deyib. Şəhriyar Mədəniyyət Mərkəzində yerləşən teatrlar isə elə həmin binada fəaliyyətlərini davam etdirə biləcəklər. Mart ayının 27- Berlin Dövlət Filarmoniyasında Azərbaycan mədəniyyət günlərinin açılışı olacağını bildirən Ə.Qarayev tədbirin Almaniyanın bütün vilayətlərində həyata keçiriləcəyini önə sürüb: Bu il Rusiyanın bir neçə vilayətində Azərbaycan mədəniyyət günləri keçiriləcək. Bundan başqa, Türkiyə İranda da bu xarakterli tədbirlərin keçirilməsi istiqamətində danışıqlar aparılır. Ən böyük fəaliyyət istiqaməti isə 2009-cu ilə nəzərdə tutulub. Çünki 2009-cu ildə Azərbaycan İslam Ölkələrinin paytaxtı elan olunub.

Qeyd edək ki, tədbirdə, həmçinin, Mədəniyyət Turizm Nazirliyi Mədəniyyət qəzeti ilə birlikdə ötən il ərzində mədəniyyət sahəsinə daha çox yer ayıran qəzet jurnalistlərini televiziyada yayımlanan verilişlərin rəhbərlikləri mükafatlandırılıb.

Yeni Azərbaycan.- 2008.- 31 yanvar.- S. 8.