Ayxan

 

Bəstəkarın yubileyi

 

Elza İbrahimovanın 70 illiyi qeyd edildi

 

Yanvarın 27-də Muğam Teatrında xalq artisti, bəstəkar Elza İbrahimovanın 70 illik yubileyi qeyd olunub. Bəstəkarlar İttifaqının mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin sədri, xalq artisti Firəngiz Əlizadə Elza İbrahimovanın Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb.                           

Mərasimdə iştirak edən müğənnilər bəstəkarın mahnılarını ifa ediblər. Tədbirin sonunda Azərbaycan Bəstəkarlar İttifaqının diplomu bəstəkara təqdim olunub.

 

Ekspress.- 2008.- 29 yanvar.- S. 13.