Ayxan

 

Birinci yarımfinala düşdük

 

Azərbaycan "Eurovision-2008"-də Ermənistanla eyni altılığa düşdü

 

Ölkə ictimaiyyəti Azərbaycanın ilk dəfə təmsil olunduğu "Eurovision" müsabiqəsinin tarixi və keçirilmə proseduru haqqında yetərincə məlumata malik deyil. Bir çoxlarının nüfuzlu hesab etmədiyi bu mahnı yarışması ilk dəfə 1956-cı ildə keçirilib. Müsabiqə San Remo festivalı əsasında yaranıb. Yeni yaranan vaxtlar bu müsabiqə əsasən filmlər üçün nəzərdə tutulsa da, daha sonra təşkilatçılar bu fikirlərindən daşınıblar. Müsabiqə ilk dəfə olaraq 1956-cı il mayın 24-də keçirilib və həmin il 7 ölkənin nümayəndəsi iştirak edib. Vaxt keçdikcə digər ölkələr də bu müsabiqəyə maraq göstərməyə başlayıblar. Müsabiqənin təşkilatçıları layihənin beynəlxalq xarakterli olmasını arzulasalar da, bu istəklərinə bir neçə ildən sonra nail olublar. Əvvəllər bu müsabiqədə mahnılar canlı orkestrin müşayiəti ilə ifa olunurdusa, 1997-ci ildən başlayaraq iştirakçılara fonoqramla oxumağa icazə verildi. Müsabiqənin şərtlərinə görə, iştirakçılar mahnıları öz ana dillərində ifa etməliydilər, lakin 1977-ci ildən müsabiqədə mahnıların ifası zamanı dil seçiminə sərbəstlik verilib. Şərtlərə görə, iştirakçılar yalnız lirik mahnılar ifa etməliydi, 80-ci illərin əvvəllərində pank, rep və digər musiqi anrlarında çıxışlara da şərait yaradılıb. Artıq 52 dəfə keçirilən müsabiqənin ən məşhur iştirakçıları siyahısında Selin Dion, Ser Kliff Riçard, Xulio İqlesias, "Şadous", "Las ketçup", "Abba" , "Tatu" qrupları, Lara Fabian, Anna Vişe, Alla Puqaçova, Dana İnternational, Sərtap Ərənər, Ruslana, Alsu, DJ Bobo da var. İndiyə kimi İrlandiya 7, Fransa 5, Lüksemburq 5, Böyük Britaniya 5, Hollandiya 4, İsveç 4, İsveçrə, Danimarka, İtaliya, İspaniya, orveç 2 dəfə bu müsabiqənin qalibi olub. Avstriya, Monako, Belçika, Yuqaslaviya, İsrail, Estoniya, Almaniya, Latviya, Türkiyə, Ukrayna, Yunanıstan, Finlandiya və Serbiya təmsilçiləri isə bir dəfə müsabiqənin baş mükafatını alıblar. Qeyd edək ki, "Eurovision" müsabiqəsinin qalibi telesəsvermə yolu ilə seçilir (APA).
Bu il keçiriləcək "Eurovision" müsabiqəsinə Azərbaycan və San-Marino ilk dəfə qatılacaq. Ymumilikdə müsabiqədə 43 ölkə iştirak edəcək. Müsabiqənin iki yarımfinalı 20-22 mayda, finalı isə mayın 24-də keçiriləcək. Hazırda Azərbaycanda "Eurovision-2008" müsaabiqəsinə hazırlıq işləri aparılır. Fevralın 2-də Heydər Əliyev adına İdman Konsert Kompleksində "Eurovision-2008" müsabiqəsinin yerli final gecəsi keçiriləcək. Həmin gün 13 nəfərdən ibarət olan münsiflər heyəti -Azərbaycanın ilk "Eurovision" iştirakçısını müəyyənləşdirəcəklər.
Yeri gəlmişkən, bildirək ki, yanvarın 28-də Belqradda keçirilən püşkatmanın nəticələrinə görə, Azərbaycan təmsilçisi mayın 20-də birinci yarımfinalda çıxış edəcək.
Ölkəmiz Ermənistanla eyni altılığa düşüb.

 

Ekspress.- 2008.- 30 yanvar.- S. 13.