"Eurovision-2008"-i kimə etibar edəcəyik?

 

Müsabiqədə Azərbaycanı təmsil edəcək namizədlərin dosyesi

 

Fevralın 2-də "Eurovision-2008" müsabiqəsində Azərbaycanın təmsilçisi müəyyənləşəcək. Yarışmada Azərbaycanı təmsil etmək uğrunda "Unformal" rok qrupu, müğənni Aynur İsgəndərli və Elnur Hüseynov mübarizə aparır. APA bu namizədlərin dosyesini təqdim edir.

 

"Unformal" rok qrupu - iki qız (Delya - vokal, Fəridə - bas) və üç oğlandan (Luper və Rüstəm - gitara ifaçısı, Yevgeni- bayan) ibarət qrup 2001-ci ilin oktyabrında B.İ.C. Prodüser Mərkəzi tərəfindən təşkil olunan "AzerbaiŠan Rock Award Competition" mükafatının təqdimetmə mərasimində ilin ən yaxşı qrupu elan edilərək "Qızıl Aypara" mükafatına layiq görülüb. Həmin tədbirdə qrup debütünü elan edib. "Unformal" qrupu 2003-cü ildə Gürcüstanda keçirilən festivalda iştirak edib və daha sonra Azərbaycanda qastrollara başlayıb. Həmin il Heydər Əliyev adına Sarayda konsert verən qrup 2004-2005-ci illərdə 11 festivalda iştirak edib. 2006-cı ilin oktyabrında tərkibi yenilənən "Unformal" solo-konsert verib. Qrupun Hard rokdan alternativ musiqiyə keçidi isə səs-küyə səbəb olub. İlk "Sui-qəsd" konserti ilə çıxışı ukraynalı məşhur prodüser Vitaliy Klimov tərəfindən yüksək qiymətləndirilib, prodüser qrupla müqavilə imzalayıb. Qrup Serb musiqiçisi, "Ocean Elzi" qrupunun pianoçusu Miloş Yeliçin rəhbərlik etdiyi Kiyevin Filarmonik Orkestri ilə "Sonsuz Yol" yeni sinqlini yazdırıb. Həmin mahnı "Unformal" qrupunun "Sirat Körpüsü" filmi (direktor Samir Kərim oğlu) üçün yazdığı soundtrekin bir parçası hesab olunur. Hazırda "Unformal" qrupu səs reŠissoru Vitali Telezinin iştirakı ilə Kiyevdə Ukrayna səsyazma studiyasında ilk albomunu yazdırır. 2007-ci ilin martında qrup "Sonsuz Yol" (direktor Samir Kərim oğlu) mahnısı üçün klip çəkdirib. Mahnı 2007-ci ilin avqustunda Ukraynanın M1 televiziya kanalının "Top onluğ"unda üst sıralarda yer tutub.

Aynur İsgəndərli - 1987-ci il avqustun 20-də Bakıda musiqiçi ailəsində anadan olub. 1994-2005-ci illərdə 5 saylı ümumtəhsil məktəbində və 16 saylı 5 illik musiqi məktəbində fortepiano sinfində təhsil alıb. 7 yaşında "Hər birimiz bir çiçək" televiziya verilişinin solisti olub. Məktəb yaşlarından "Şərq ulduzları" Uşaq Vokal Ansamblının tərkibində konsertlərlə çıxış edib. 2004-cü ildə "Azəristar" tele-layihəsində iştirak edib və həmin müsabiqədə III yeri qazanıb. 2005-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada-vokal oxuma fakültəsinə daxil olub. Həmin il VIII Beynəlxalq Asiya Festivalında iştirak edərək "Gələcəyin ən perspektivli müğənnisi" nominasiyasını qazanıb. Hazırda 3-cü kurs tələbəsidir, Vaqif Gərayzadənin rəhbərlik etdiyi "Aypara" qrupunun solistidir.

Elnur Hüseynov - 1987-ci il martın 3-də Türkmənistanın Aşqabad şəhərində hərbiçi ailəsində anadan olub. Anası musiqi nəzəriyyəçisi olan E.Hüseynov fortepiano sinfində təhsil alıb. 1999-cu ildə Bakıya gəlib, 2000-ci ildə Tibb Texnikumunda diş texniki fakültəsinə, 2001-ci ildə isə Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olub. Bir müddət Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyib.
2003-cü ildə "Sing your Song" tele-layihəsində "Qran-Pri" mükafatına layiq görülüb. 2004-cü ildə məktəbi bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında kapella hazırlayıb. Kilsə xorunda da çalışan E.Hüseynov Sevda Məmmədovadan Fidan Hacıyevadan sonra indi Rəşad Həşimovdan dərs alır.

 

Ekspress.- 2008.- 24 yanvar.- S. 13.