Quliyeva A.

 

Mənim УYeni ulduzФdakı əsas işim pərdə arxasında qalır

 

Xalq artisti Mübariz Tağıyev: "Yeni ulduz-7"nin iştirakçilarindan Çingiz Mustafayev hər cəhətdən müsabiqənin meyarlarina uyğun gəlir"

 

Müsahibimiz "Yeni ulduz"müsabiqəsinin münsiflər heyətinin üzvü, xalq artisti Mübariz Tağıyevdir


- Mübariz müəllim, artıq neçə müddətdir ki, ATV kanalında yayımlanan "Yeni ulduz" layihəsində münsif kimi sizi görürük. Bu layihə haqqında ümumən deyərdiniz?

   
- "Yeni ulduz" estrada müsabiqəsi əslində alman proyektidir ilk dəfə Almaniyada həyata keçirilib. Sonradan bu proyekt Türkiyədə başqa Avropa ölkələrində, o cümlədən Azərbaycanda gerçəkləşib. Layihənin şərtlərinə görə, bu proyektə icra olunduğu ölkələrin dəyərlərinə uyğun xırda dəyişikliklər etməyə icazə verilir.

   - Necə düşünürsüz, "Yeni ulduz" layihəsi Azərbaycan estradası üçün qədər əhəmiyyətlidir?

   - Əvvəla, onu qeyd edim ki, Azərbaycan vokal məktəbi istər Milli Konservatoriyanın, istərsə Mədəniyyət İncəsənət Universitetinin nəzdində heç vaxt yaranmayıb bu gün
yoxdur. Azərbaycan pop-estrada musiqisinin təməli ötən əsrin 90- illərindən bəri qoyulub. Buna görə düşünürəm ki, belə şəraitdə estrada-pop musiqisini təbliğ edən müsabiqələrə həqiqətən ehtiyac var. Amma bu o demək deyil ki, "Yeni ulduz" layihəsində iştirak edən hər ifaçı Azərbaycan estradası üçün əhəmiyyətlidir. Hesab edirəm ki, indiyə qədər "Yeni ulduz"dakı uşaqlardan heç olmasa 10 nəfəri bu gün ciddi şəkildə sənətlə məşğul olursa, bu artıq isə deməkdir. Bir məqamı da unutmamalıyıq ki, "Yeni ulduz" səhnə yox, televiziya müsabiqəsidir. Ona görə bu layihədə şou xatirinə atılan addımlar da istisna deyil. Bir vaxtlar bu müsabiqədə münsiflər heyətində Aygün Kazımovanın da iştirakı belə xarakter daşıyırdı. Amma bu o demək deyil ki, bu müsabiqə qeyri-ciddidir. Yox, əksinə. Bəlkə kənardan çox asan görünən estrada-pop musiqisi əslində xalq musiqisi muğam qədər, bəlkə onlardan da çətindir. Çünki xalq musiqisi, muğam bizim qanımızda, canımızdadır, amma estrada musiqisinin Azərbaycanda vüsət alması yeni hadisədir. "Yeni ulduzun" başqa müsabiqələrdən bir fərqi odur ki, bu proyektdə iştirak edən gənclər müsabiqəyə qatılana qədər səhnədə olmamış musiqi sahəsində heç bir məktəb keçməmiş gənclərdir. Bu da çox müsbət haldır. Mən Konservatoriyanın yaxud da hər hansı musiqi məktəbinin tələbələri arasında seçim edilməsinə onların hansısa müsabiqədə iştirak etməsinə tərəfdar deyiləm. Bu, bir dəfə imtahan vermiş şəxsin ikinci dəfə imtahan edilməsinə bənzəyir. Bir ki, onsuz da həmin gənclər öz sənətləri ilə məşğul olaraq get-gedə inkişaf edib vaxtsa tanına bilərlər. Ona görə həmişə tərəfdarı olmuşam ki, Azərbaycanın müxtəlif bölgələrindən istedadlı uşaqlar seçilsin üzə çıxarılsın. digər tərəfdən , əvvəlcədən düzgün olmayan, yanlış bir məktəb keçən gənclərlə işləmək, ona yenidən nəyisə öyrətmək, mənə elə gəlir ki, heç bilməyən, sıfırdan başlayan insanla işləməkdən qat-qat çətindir.

   - Amma bildiyimiz kimi, bu gün "Yeni ulduz-7" iştirak edən Aygün Rəhimova əvvəllər müğənni kimi tanınıb, hətta bir neçə klipi efirdə nümayiş olunub. Həmin iştirakçının müsabiqədə iştirakı şərtləri pozmur ki?

   
- Mən deməzdim ki, Aygün Rəhimova müğənni kimi fəaliyyət göstərib, o, sadəcə, özfəaliyyətlə məşğul olub. Bundan başqa, mən efirdə yayımlanan bir-iki səviyyəsiz klipi klip adlandırmıram bu hadisəni elə böyük bir fəlakət hesab etmirəm. Onu da deyim ki, mən bayaq qeyd etdiyim şərtlər "Yeni ulduz" proyektinə uyğun olan şərtlərdir. Amma biz düşündük ki, bu şərtlərə proyektin imkan verdiyi çərçivə daxilində müəyyən qədər dəyişikliklər edək.

   - Artıq "Yeni ulduz" 7-ci dəfə keçirilir. Amma bu proyektdə indiyə qədər qalib olmuş gənclər hələ ortaya ciddi bir çıxarmayıblar. Bununla bağlı deyərdiz?

   
- Bilirsiniz ki, televiziya müsabiqəsində qalibləri tamaşaçıların SMS-ləri müəyyən edir bu hələ o demək deyil ki, yarışmanın qalibi iştirakçıların ən yaxşısıdır. Buna görə hesab edirəm ki, indiyə qədər keçirilən müsabiqənin qaliblərindən, İlhamə Qasımova istisna olmaqla, heç biri münsiflərin birinciliyə layiq bildiyi iştirakçı deyil.

   - "Yeni ulduz" layihəsində siz münsifliklə yanaşı, həm iştirakçıların hazırlaşmasında onlara müəllimlik edirsiz. İki vəzifəni yerinə yetirmək çətin deyil ki?

   
- Düz qeyd etdiniz, çünki mənim bu proyektdə əsas işim, zəhmətim pərdə arxasında qalır ki, bu da olduqca çətin işdir. Bu gün həmin yarışmada iştirak edən gənclər heç bir məktəb görməmiş, əlində mikrofon tutmağı belə bacarmayan gənclərdir təbii ki, onlar üçün qısa müddət ərzində səhnəyə çıxıb mükəmməl ifa göstərmək çətindir. Təsəvvür etmək çətindir ki, bu uşaqlar məşqsiz səhnəyə çıxıb nəsə ifa etsələr, bu hansı səviyyədə alına bilər.

   - Siz həm münsiflər heyətinin ən mülayim yumşaq iradlar bildirməsilə seçilən üzvüsünüz. Bu ilə bağlıdır?

   
- Yəqin, bu onunla bağlıdır ki, mən həmin iştirakçılarla məşq etdiyim üçün başqa münsiflərdən daha yaxşı bilirəm, hansı ifaçıdan nəyi tələb etmək olar. Həm 16-17 yaşlı gənclərin keçirdiyi hiss həyəcanlar mənə yaxşı tanışdır. Ona görə çalışıram ki, heç kimi həvəsdən salmayım. Amma bu o demək deyil ki, mən kiminsə pis ifasına yaxşı deyirəm, əgər ifa xoşuma gəlmirsə, öz iradlarımı mütləq bildirirəm.

   - Necə fikirləşirsiz, "Yeni ulduz-7"nin qalibi hansı iştirakçı olacaq?

   
- "Yeni ulduz-7"nin iştirakçılarının hamısı istedadlı gənclərdir. Amma istedadına görə xüsusilə seçilən, mənim fikrimcə, Azad Şabanov, Aygün Rəhimova Çingiz Mustafayevdir. Məncə, Çingiz Mustafayev hər cəhətdən "Yeni ulduz" meyarlarına uyğun gəlir. Bu iştirakçı olduqca istedadlıdır təpədən-dırnağa artist doğulub. Heç bir musiqi təhsili görməyən bu gənc hərdən elə bir ritm tutur ki, çox təəccüblənirəm. Soruşanda isə həmin notun adını da bilmir. Ona görə hesab edirəm ki, əgər Çingiz öz üzərində işləsə, gələcəkdə mütləq səhnədə olacaq.

   - Əslində "Yeni ulduz" meyarları nəyi tələb edir?

   
- Yeni ulduzda iştirak etmək üçün bu sahədə hansısa peşəkarlıq tələb olunmur. Sadəcə, iştirakçının güclü ritm hissiyatı, normal musiqi duyumu xarici görünüşü olmalıdır. Doğrudur, artıq bu gün bir çox müsabiqələrdə, o cümlədən "Yeni ulduz"da boyun 175 santimetrdən uca olması şərtdir. Amma mən bunu düzgün hesab etmirəm. Çünki bu gün dünya səhnələrini fəth edən qısaboylu müğənnilər az deyil.

   - Bu gün ölkəmizdə çox ciddi şəkildə "Eurovision" beynəlxalq mahnı müsabiqəsinə hazırlıq gedir. Sizin fikrinizcə, nəyə görə bu gün "Eurovision"a göndəriləcək namizədlər arasında "Yeni ulduz"un iştirakçısı yoxdur?

   
- İlk seçim turunda "Yeni ulduz"un qalibi olan İlhamə Qasımova da iştirak etdi.
Amma görünür, seçimi aparan münsiflər bu sahədə superprofessionallar olub belə məsləhət biliblər. Çox güman ki, yaş məhdudiyyəti olub. Amma mən İlhaməni yaxşı tanıdığım üçün hesab edirəm ki, o, Azərbaycanı "Eurovision"da layiqincə təmsil edə bilərdi.

 

525-ci qəzet.- 2008.- 26 yanvar.- S. 26.