Mübariz Tağıyevin 60 yaşı tamam olur

Bu gün estradamızın parlaq ifaçılarından xalq artisti Mübariz Tağıyevin doğum günüdür. Müğənni TrendLife-ın müxbiri ilə söhbətində yubileyinin dövlətin diqqətində olduğunu xatırlatdı. Bildirdi ki, iki gündən sonra yaxın dostlarınının təşəbbüsü ilə məclis təşkil ediləcək. Bu gün isə o, ailə üzvləri ilə birlikdə doğum gününü qeyd edəcək. Yubileyin dövlət səviyyəsində keçirilməsi isə, yaz aylarına planlaşdırılır:
-Bildiyiniz kimi mənim çoxdan bəri planlaşdırdığım konsertim təxirə düşüb, onu yüksək səviyyədə təşkil etmək istəyirik. Mənə yaxın olan insanlarla bu qənaətə gəlmişik ki, yaz aylarında konsretim dövlət səviyyəsində qeyd olunsun.
-Niyə gecikdirirsiniz?
-Hazırlıqlar bu qədər vaxt aparacaq. Bir neçə il əvvəl proqram müəyyən etdim. Lakin maliyyə çatışmamazlığı üzündən, konsert arzum gerçəkləşmədi. Sənətkarın qapı-qapı düşməsi ayıb sayılır, mən özümü belələrinn sırasına qatmaq istəmədim. Sakitcə oturub kimin mənə müraciət edəcəyini gözlədim. Təəssüf ki, həmin ərəfədə sənətkardan çox, şou-biznes nümayəndələrinin qapısı döyüldü, onların arzu istəkləri nəzərə alınırdı. Mən isə susub oturdum. Bəzi təşkilatlar boyun olmaq istəsə , onların şərtləri məni qane etmədi. Çünki mən dünənin müğənnisi deyiləm, özümə sənətimə hörmət edirəm.
-Dövlətin dəstək olduğu konsert hansı ssenari üzrə təşkil olunacaq?
-Sadə bir konsert olacaq. Daha çox yaxın sənət dostlarımı, dövlət nümayəndələrini KİV əməkdaşlarını dəvət etməyi düşünürəm. Hələlik proqramı müəyyən edirəm. Bura daha çox köhnə repertuardan mahnılar daxil etməyi düşünürəm. Məni Estrada Simfonik Orkestri müşayiət edəcək.
-Yeri gəlmişkən, estradanın günkü durumunu necə qiymətləndirirsiniz?
-Bir sözlə deyərdim ki, yaxşı oxuyanların sayı azalıb. Avropaya meyil etdikcə ənənələrimizi unuduruq. Yaxşı oxuyanlarla çalışan peşəkarlar yoxdur. Mənim təmsil olunduğum УYeni ulduzФ mahnı yarışmasında istedalı uşaqlar az deyil. Onlarla müsabiqə çərçivəsində çalışır, formalaşdıra bilirik. Amma efir bitəndən sonra bəziləri toylara, şou-proqramalara meyillənirlər. Bu da onların peşəkar ifaçı kimi yetişməsinə mane olur.
-Toylardan söz düşmüşkən, bildiyimizə görə, heç vaxt el şənliyi dəvətlərini qəbul etməmisiniz...
-Çunki sənətimi hər şeydən üstün tutmuşam. Müəllimim Rəşid Behbudov qarşımda şərt qoymuşdu, - УYa toy,ya sənətФ. Mən ikincini seçdim. Uduzmadığım qənaətindəyəm. Əslində, toylara getsəydim, durumum bundan qat-qat yaxşı olardı. Amma Mübariz Tağıyev olmazdım. Məlumdur ki, mahnı ifaçılarının pula ehtiyacı daha çoxdur - klip çəkdirmək, albom çıxarmaq s. Bir çoxu bu xətti tutaraq həmkarları ilə ayaqlaşmağa çalışır. Düzdür, mənim albom disklərimin sayı az deyil. Ancaq heç vaxt düşünməmişəm ki, bunları ərsəyə gətirmək üçün toya getməliyəm.
Allah lazım bildiyi vaxtda ruzimi yetirib

İki sahil.- 2007.- 31 yanvar.- S. 6.