Amaliya Pənahova elmlər doktoru olub

 

Azərbaycanın xalq artisti Amaliya Pənahova sənətşünaslıq elmləri doktoru adını alıb. Bu barədə APA-ya lumat verən sənətçi bildirib ki, ötən il dekabrın 28- "Obrazın yaranma prosesində aktyor yaradıcılığında ikinci planın təcəssüm vasitələri" mövzusunda doktorluq işini uğurla müdafiə edib. Doktorluq işi kimi müdafiə etdiyi mövzuya MDB məkanında ilk dəfə müraciət edildiyini söyləyən aktrisa müəlliflik hüququnun da ona məxsus olduğunu vurğulayıb. Qeyd edək ki, A.Pənahova on il əvvəl sənətşünaslıq elmlər namizədi adını alıb.

 

Yeni Azərbaycan.- 2008.- 11 yanvar.- S. 8.